Quldur dəstəsinin daha bir üzvü tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Quldur dəstəsinin daha bir üzvü tutuldu

15:26 - 31 / 05 / 2017
Quldur dəstəsinin daha bir üzvü tutuldu

Aprel ayında quldurluq törədən dəstənin daha bir üzvü tutulub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də rayon ərazisində 1 ev və 1 mağazadan oğurluq etməkdə şübhəli bilinən qrupun daha bir üzvü – Bakı şəhər sakini Elbrus Məmmədov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində 4 avtomobildən ehtiyyat hissələri və məişət əşyaları, habelə Lökbatan qəsəbəsi ərazisindəki yaşayış komplekslərindən birində quraşdırılan kranı elektrik enerjisi ilə təmin edən kabelin 60 metrlik hissəsini kəsərək oğurlaması da müəyyən edilib.

Babək Cahandarov

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər