Rusiyanın energetika naziri: “Natiq Əliyev əsl peşəkar idi” | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyanın energetika naziri: “Natiq Əliyev əsl peşəkar idi”

20:22 - 11 / 06 / 2017
Rusiyanın energetika naziri: “Natiq Əliyev əsl peşəkar idi”

Bu gün Rusiya energetika naziri Aleksandr Novakın rəhbərlik etdiyi nümayəndə heyəti İkinci Fəxri Xiyabanda sabiq energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib.

 1news.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə,  N. Əliyevin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.

 A. Novak bildirib ki, dostu N. Əliyevin vaxtsız vəfatına dərindən təəssüflənir: “Mən onu öz peşəsini dərindən sevən əsl peşəkar kimi tanıyırdım. Natiq Əliyev neft-qaz və energetika sahələrində bütün məsələlərə peşəkarlıqla yanaşırdı. Natiq Əliyev  Azərbaycanda energetikanın, o cümlədən ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün çox işlər görüb. Biz MDB-nin Elektroenerji Şurasında birgə çalışmışıq. Mənim onunla çox yaxşı münasibətlərim olub. Əlbəttə, böyük dostun itirilməsi hər birimiz üçün faciəli hadisədir”.

1news.az

Paylaş:
852

Son xəbərlər

Bütün xəbərlər