Bakının əsas yollarında sürət həddi əvvəlki həddə qaytarılıb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının əsas yollarında sürət həddi əvvəlki həddə qaytarılıb - FOTO - YENİLƏNİB

16:27 - 13 / 06 / 2017
Bakının əsas yollarında sürət həddi əvvəlki həddə qaytarılıb - FOTO - YENİLƏNİB

Yağışlı hava ilə əlaqədar olara paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu haqda 1news.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

14.38

Yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti - Buzovna dairəsi və Zığ dairəsi - hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

1news.az-a Bakı Nəqliyyat Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi xəbərə görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

“Həmçinin bildiririk ki, Rəşid Behbudov küçəsi istisna olmaqla hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir”.

S.Xankişiyeva

 

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər