Heydər Əliyev Fondu Ramazan ayı ilə əlaqədar Pakistanda bayram sovqatı təqdim edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu Ramazan ayı ilə əlaqədar Pakistanda bayram sovqatı təqdim edib - FOTO

15:56 - 13 / 06 / 2017
Heydər Əliyev Fondu Ramazan ayı ilə əlaqədar Pakistanda bayram sovqatı təqdim edib - FOTO

Heydər Əliyev Fondu tərəfindən Pakistanın Abbotabad bölgəsinin bir sıra kəndlərində Ramazan ayı ilə əlaqədar bayram sovqatları təqdim olunub.

1news.az-a ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, bu aksiya bölgənin dörd yüzdən çox yoxsul ailəsini əhatə edib.

Pakistanın Milli Assambleya sədrinin müavini Murtuza Cavid Abbasinin, Assambleyanın bir sıra deputatlarının, ziyalıların, ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən tədbirdə səfir Əli Əlizadə çıxış edərək Azərbaycan və Pakistan xalqları arasında dini etiqad, mədəni yaxınlıq və ortaq dəyərlərin olduğunu, xalqlarımızın bir-birinin sevinci və kədərini birgə bölüşdüyünü diqqətə çatdırıb.

Səfir Azərbaycanla Pakistan arasında əlaqələrin bütün sahələrdə olduğu kimi humanitar-sosial sahədə də inkişaf etdiyini, bu əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolunu qeyd edib, Fond tərəfindən Pakistanda bir sıra humanitar-sosial yönümlü layihələrin həyata keçirildiyini vurğulayıb.

Səfir Əli Əlizadə Heydər Əliyev Fondunun Pakistanda fəaliyyətinin 2005-ci ildə Müzəffərabad şəhərində qızlar məktəbinin tikintisi ilə başlandığını xatırladaraq, ötən on iki il ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın müxtəlif əyalətlərində təhsil, səhiyyə, ekologiya, sosial və digər sahələrdə layihələr həyata keçirildiyi deyib. Səfir bu layihələrin iki ölkənin xalqları arasında əlaqələrin, dostluq və həmrəyliyin möhkəmlənməsinə öz tövhəsini verdiyini qeyd edib. Fond tərəfindən Ramazan ayı münasibəti ilə yardım bağlamalarının və sovqatların təqdim olunmasının da bu amala xidmət etdiyini vurğulayıb.

O, Abbotabad bölgəsinin əhalisini Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Ramazan ayı münasibətilə təbrik edərək, Pakistanın Milli Assambleyası sədrinin müavini Murtuza Cavid Abbasiyə və digər iştirakçılara təqdimetmə aksiyasına qoşulmalarına görə təşəkkürünü çatdırıb.

Tədbirdə çıxış edən Pakistanın Milli Assambleyası sədrinin müavini Murtuza Cavid Abbasi iki qardaş ölkə olan Pakistan və Azərbaycan arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, bu cür layihələrin xalqlar arasındakı münasibətlərin istiləşməsinə xidmət etdiyini bildirib.

Azərbaycana bu il səfərini xatırladan assambleya sədrinin müavini Azərbaycanda həyata keçirilən islahatlar, iqtisadi layihələr haqqında məlumat verərək, Azərbaycanın inkişaf və tərəqqi dövrünü yaşadığının şahidi olduğunu, bunun Pakistan üçün də fəxr olduğunu vurğulayıb.  Keçirilən humanitar-sosial yönümlü layihələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü çatdıran Pakistanın Milli Assambleyası sədrinin müavini, Ramazan sovqatlarının təqdim olunmasının Abbotabad bölgəsinin yerli əhaləsinin sevincinə səbəb olmaqla yanaşı, onlara mənəvi dəstək də olduğunu da bildirib.

Pərvanə Sultanova

Paylaş:
829

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər