Tovuza dolu düşüb, çaylarda suyun səviyyəsi artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuza dolu düşüb, çaylarda suyun səviyyəsi artıb

11:31 - 13 / 06 / 2017
Tovuza dolu düşüb, çaylarda suyun səviyyəsi artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun 12-si gündüzdən ayın 13-ü səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, iyunun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib,  şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.

Yağan leysan yağış nəticəsində Böyük Qafqazın bəzi çaylarında suyun səviyyəsi artıb. İyunun 12-də axşam saatlarında Kirəndə (Tovuz) dolu düşüb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-3, Böyük Qafqazda 2-16, bəzi yerlərdə 17-50, Qazax-Gəncə zonasında 2-21, Kiçik Qafqazda 4-7, Mərkəzi-Aran rayonlarında 1-8 mm təşkil edib.

Babək Cahandarov

Paylaş:
597

Son xəbərlər

Bütün xəbərlər