ÜAK Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib | 1news.az | Xəbərlər
Siyasət

ÜAK Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib

14:25 - 16 / 06 / 2017
ÜAK Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib

Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin təşkilatın ləğv edilməsi haqqında qərarından apellyasiya şikayəti verib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, ÜAK iyunun 15-də Rusiya Ali Məhkəməsinin təşkilatın qeydiyyatının ləğv edilməsi barədə qərarı ilə bağlı Ali Məhkəmənin Apellyasiya Kollegiyasına apellyasiya şikayəti verib.

Xatırladaq ki, Rusiya Ali Məhkəməsi bu ölkənin Ədliyyə Nazirliyinin təqdimatı ilə 2017-ci il mayın 15-də ÜAK-ın qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul etmişdi.

S.Xankişiyeva

Paylaş:
892

Son xəbərlər

Bütün xəbərlər