Londonda sürücü avtomobili piyadaların üstünə sürdü, ölən var | 1news.az | Xəbərlər
Dünya

Londonda sürücü avtomobili piyadaların üstünə sürdü, ölən var

09:15 - 19 / 06 / 2017
Londonda sürücü avtomobili piyadaların üstünə sürdü, ölən var

Londonda naməlum şəxsin avtomobili kütlənin üzərinə sürməsi nəticəsində azı bir nəfər ölüb.

1news.az TASS-a istinadla xəbər verir ki, insdent Londonun şimal-şərqində baş verib.

Daha 10 nəfərin yaralandığı bildirilir.

Hadisə insanların məsciddən çıxarkən baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Yol bağlanılıb. Faktla bağlı bir nəfər saxlanılıb.

1news.az

Paylaş:
611

Son xəbərlər

Bütün xəbərlər