Türkiyədə ağır qəza: 50 yaralı | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə ağır qəza: 50 yaralı

09:55 - 19 / 06 / 2017
Türkiyədə ağır qəza: 50 yaralı

Türkiyənin şimalında Çorum əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.

1news.az-ın Anadolu istinadla verdiyi xəbərə görə, əyalət polisi avtobus qəzası ilə bağlı ilkin məlumatı açqıqlayıb.

İlkin məlumata görə, qəza nəticəsində təxminən 48 adam yaralanıb.

Əyalət polisinin verdiyi məlumata görə, avtobus sürücünün idarəetməni itirməsi nəticəsində uçuruma düşüb.

Polisin verdiyi məlumatda qeyd edilir ki, yaralılar müxtəlif bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

S.Xankişiyeva

Paylaş:
824

Son xəbərlər

Bütün xəbərlər