Baş prokuror cənub rayonlarının sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror cənub rayonlarının sakinləri ilə görüşəcək

11:16 - 21 / 06 / 2017
Baş prokuror cənub rayonlarının sakinləri ilə görüşəcək

Baş prokuror Zakir Qaralov cari il iyunun 30-da Lənkəran şəhər prokurorluğunun inzibati binasında Lənkəran şəhəri, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

1news.az-ın məlumatına görə, saat 10:00-da başlayacaq qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Babək Cahandarov

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər