Ermənilər xarici turistləri Qarabağa necə cəlb edirlər? – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər xarici turistləri Qarabağa necə cəlb edirlər? – FOTO

14:20 - 22 / 06 / 2017
Ermənilər xarici turistləri Qarabağa necə cəlb edirlər? – FOTO

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından öz məqsədləri üçün istifadə etməkdə davam edirlər. Onların turizmlə bağlı fəaliyyətləri son vaxtlar özünü daha qabarıq büruzə verməyə başlayıb. Məqsəd də aydındır - Qarabağdakı turizmə diqqəti artırmaq, dünyanı özlərinə cəlb etmək.

Ermənilər müxtəlif reklamlarla Qarabağa gəzintiyə cəlb etdikləri insanları yanlış məlumatlandıraraq bu ərazilərin tarixi erməni torpaqları kimi təqdim edirlər.

Təsadüfi deyil ki, dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil olan Kəlbəcər rayonunun Vəng kəndindəki Gəncəsər, Məbədini və Tərtərçayın sahilində yerləşən Xudavəng monastırını, Laçın rayoonunun Kosalar kəndindəki Ağoğlan məbədini, Xocavənd rayonundakı Amaras məbədini, Şuşa şəhərindəki rus kilsəsini ermənilərin qədim dini ibadətgahları kimi reklam edir, hətta Gəncəsər alban məbədini erməni Qriqoryan dinin mərkəzi kimi təqdim edirlər.

Dünya xalqlarının Qarabağın tanınmasına diqqətini çəkmək istəyən Ermənistan hökuməti Qarabağin tarixini və mədəniyyət abidələrini nümayiş etdirmək üçün dünya ermənilərini və digər xalqların nümayəndələrini bu ərazilərə turist gəzintilərinə dəvət edirlər. Onlar qonaqlara, Qarabağda istirahət etmək üçün yüksək şərait yaradırlar.

Təəssüflə qeyd etməliyik ki, ermənilər istədiklərinə nail olmaqdadırlar və Qarabağa qanunsuz səfər edən turistləri sayı artmaqda davam edir. Statistikaya görə, 2016-cı ildə Azərbaycanın işğal olunmuş torpaqlarına 80 ölkədən olan 13,960 turist səfər edib.

 

Erməni KİV-lərinin təqdim etdiyi statistik rəqəmlərdən belə məlum olur ki, Qarabağa ən çox səfər edən Rusiya vətəndaşlarıdır. Ümumi turist sayında onların payı 44% təşkil edir. Rusiyadan 6178, ABŞ-dan 1479, İrandan 737 və Fransadan isə 668 turistin Qarabağa səfər etdiyi bildirilir. Onların 91%-nin turistik, 9%-nin isə biznes məqsədilə regiona səfər etdiyi açıqlanıb.

AMEA İnsan Hüquqları İnstitutunun əməkdaşı, “Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovun sözlərinə görə, Ermənistan hökuməti, son illər Qarabağ torpaqlarını erməni əraziləri kimi tanınması üçün turizm faktorundan məharətlə istifadə edirlər. Bunun səbəbini isə o, turizmin erməni siyasətində çox əlverişli vasitə hesab olunması ilə izah edir: 

“Ermənistan Respublikası Dağlıq Qarabağı bir erməni ərazisi kimi tanıtmaq üçün turizm fəaliyyətindən istifadəyə üstünlük verir. Ermənilər müxtəlif reklamlarla Qarabağa gəzintiyə cəlb etdikləri insanları yanlış məlumatlandıraraq bu ərazilərin tarixi erməni torpaqları kimi təqdim edirlər. Turizm erməni siyasətində çox əlverişli vasitə hesab olunur. Çünki turistlərin cəlb edilməsinə ermənilər vəsait xərcləmirlər, üstəlik turistlərin cəlb edilməsindən gəlir əldə edirlər. Çünki xarici turist, gəldiyi yerlərə hansı məqsəd üçün gəlirsə gəlsin, fərq etməz pul xərcləyəcək. Deməli Ermənistan öz məkrli siyasətini həyata keçirmək üçün pul xərcləmir hələ üstəlik gəlir də götürür”.

Xarici vətəndaşlar Qarabağa səfərlər etməkdə maraqlı olduqlarını deyən F.İsmayılov bunu onların bu əraziləri görmək, gəzmək istəmələri ilə əsaslandırıb:

“Bu gəzintilər üçün Qarabağda münbit və sakit şərait var. Belə ki, Ermənistan Azərbaycan təmas xəttində bəzi lokal xarakterli insidentləri nəzərə almasaq burada heç vaxt mütəmadi yəni uzunmüddətli və genişəhatəli hərbi münaqişə baş vermir. Turist gəzintiləri isə təmas xəttindən xeyli uzaqda həyata keçirilir. Təbii ki bu da turistin Qarabağa təhlükəsiz daxil olmasına, insanların bu əraziləri gəlib görməsinə, istirahət etməsinə şərait yaradır”.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələ ilə bağlı Modern.az-a bildirib ki, ermənilər bu cür məlumatları qəsdən yayırlar.

“Azərbaycanın işğal olunmuş ərazilərində turizm fəaliyyəti haqqında Ermənistan tərəfindən verilən məlumatlar bir çox hallarda qəsdən şişirdilmiş xarakter daşıyır. Dünyanın turizm xəritəsində Ermənistanın rolu olmadığı təqdirdə, Azərbaycanın işğal olunmuş ərazilərindəki hər hansı turizm imkanlarından danışmaq öz-özlüyündə gülünc xarakter daşıyır. Məhz bu şəkildə hər hansı bir qrupun ora turizm adı altında səfərinin təşkil ediltməsi halı istisna deyil”.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan əcnəbiləri işğal altındakı bölgələrimizə qanunsuz səfərlərdən çəkindirmək üçün önləyici tədbiurləri davam etdirir.

“Dünyanın aparıcı turizm qiymətləndirmə təşkilatlarının hesabatlarında Ermənistan Cənubi Qafqazda turizm imkanlarına görə ən aşağı kateqoriyada yer alan məntəqə kimi qeyd olunur. İşğal olunmuş ərazilərimizdə turistləri cəlb edəcək baxımdan heç bir infrastruktur yoxdur. 

Ermənistan bu kimi məsələlərdən siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Bura səfər edən hər hansı qrup, turizm şirkəti varsa, əvvəlcədən müəyyən edərək, bu kimi hadisələrin qarşısını almağa çalışırıq. Bu günə kimi müəyyən qrupların Qarabağa turist kimi gəlməsinin qarşısı alınıb. 

Beynəlxalq təşkilatlarla və digər aidiyyatı təşkilatlarla iş aparılır. Digər tərəfdən, bu məsələdə dövlətlərlə iş aparılır. Hansısa xarici ölkə vətəndaşlarının ora getmə halları müəyyən olunursa, dərhal həmin dövlətlərlə bu məsələlər müzakirə edilir və qanunsuz turist səfərlərinin qarşısı alınır”. 

Qeyd edək ki, ermənilər xarici turistləri Qarabağa cəlb etmək üçün ərazidə çoxlu sayda otel, motel və hostellər istifadəyə veriblər. Hətta bu məqsədlə Azərbaycan memarlıq nümunələri sayılan binalardan belə istifadə olunur.

Ermənistan hökuməti  Kəlbəcər, Ağdərə, Xocavənd, Hadrut və Martuuni ərazilərində türizmin inkişafı üçün böyük məbləğdə investisiya qoyur, hər il yeni-yeni otellər istifadəyə verirlər. Həmin otellərin bəzilərinin fotolarını təqdim edirik:

Ermənilər Hadrud qəsəbəsinin mərkəzində “Nazank” coaching inn (Nazank hostel) otelini istifadəyə veriblər.

Yeni tikilən otellərdən biri  “Avan Shoushi Plaza” hoteldir. Üçulduz lisenziyası ilə sənədləşdirilən bu otel keçmiş “Qarabağ” mehmanxanasının binasıdır. Otel 2011-ci ildə istifadəyə verilib. Oteldə 49 çarpayı, 6 birnəfərlik otaq, 18 ikinəfərlik otaq, 7 birnəfərlik lüks otaq  mövcuddur. Qiymətlər mövsümdən asılı olaraq 10 dollardan, 187 dollar arasında dəyişir: “Qiymətlərin yüksəkliyi burada müştərilərin heç də qıt olmadığını göstərir”. 

“Shushi Grand Hotel” də 2011-ci ildə Şuşa şəhərinin tarixi binalarının birində istifadəyə verilib.  Otel rus kilsəsi ilə üzbəüz ərazidə yerləşir. Burda 76 çarpayı, 14 birnəfərlik, 25 ikinəfərlik, 3 vip-birnəfərlik, 3 ailəvi-üçnəfərlik otaqları var.  

Shushi Hotel şəhərin mərkəzinə yaxın, rus kilsəsinin 50 metrliyində yerləşir.  21 çarpayı, 9 ikinəfərlik, 3 birnəfərlik otaqları var.

Noyan Tapan Hosteli isə Şuşa yaxınlığında yerləşir. Restoranı və müştərilərinə uyğun  olaraq ekskursiya xidmətləri mövcuddur. Otel 16 çarpayı, 5 ikinəfərlik, 2 üçnəfərlik otaqları var.

Hostel “Lousastgh” Ağdərə şəhərinin mərkəzində yerləşir. Oteldə restoran fəaliyyət göstərir. Otel 18 çarpayı, 4 üçnəfərlik, 1 altınəfərlik otaqlardan ibarətdir.

Melikatun Hostel Laçın rayonunun Soltanlar (Hüsülü) kəndində Soltan Əhməd sarayının binasında təşkil edilib. 8 çarpayı, 2 birnəfərlik, 3 ikinəfərlik otaqları var.

Hostel Kyank Xocavənd rayonunun Tuğ kəndində yerləşir. Otelin restoranı və istirahət zonası var. 6 çarpayı, 2 birnəfərlik, 2 ikinəfərlik otaqları var.

Hostel Artsakh Ağdərə şəhərinin mərkəzində yerləşir. 19 çarpayıdan 1 ikinəfərlik, 1 üçnəfərlik, 1 dördnəfərlik, 2 beşnəfərlik otaqlardan ibarətdir.

Hostel Olymp + oteli Xankəndi şəhərində parkın yaxınlığında yerləşir. Trenajor zalı, sauna, hovuz, tennis zalı var. 11 çarpayı, 1 üçnəfərlik, 3 ikinəfərlik, 1 birnəfərlik, 1 lüks otaqları var.

Hostel Sydney-Armenia Xankəndi ərazisində Şuşa-Əsgəran yolunun üzərində yaradılıb. 10 çarpayıdan və 5 ikinəfərlik otaqlardan ibarətdir.

Göründüyü kimi, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını özününküləşdirmək və bu torpaqlardan gəlir əldə etmək üçün hər vasitədən istifadə edirlər. İşğal olunmuş ərazilərdə turizmin təbliği və xarici ölkələrdən bura gələn turistlərin sayının artması isə narahatlıq yaratmaya bilməz. Bununla belə inanırıq ki, torpaqlarımızın işğaldan azad olunacağı gün elə də uzaqda deyil.

Şübhə yoxdur ki, xarici turistlər dünyanın ən dilbər guşələrindən olan Qarabağa bundan sonra da səfər edəcəklər. Lakin bu dəfə onlar bu ərazilərə işğaldan azad edilmiş Azərbaycanın torpağı kimi ayaq basacaqlar və biz də onları bir ağızdan salamlayacağıq: “Qarabağa xoş gəlmisiniz!”.

Babək Cahandarov

Paylaş:
2913

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər