Rusiya XİN Azərbaycanda ruslara qarşı etnik ayrı-seçkiliklə bağlı bəyanat yayıb
Çərşənbə günü Rusiyanın dövlət informasiya agentliyi RİA Novostu “Xarici İşlər Nazirliyinin Azərbaycanda ruslara qarşı etnik ayrı-seçkiliklə bağlı bəyanatı” adlı xəbəri yayımlayıb.
Materialda əsasən “Azərbaycana gedən bir sıra Rusiya vətəndaşının azərbaycanlı vəzifəli şəxslər tərəfindən ayrı-seçkiliyə məruz qalması” qeyd olunur.
Rusiya XİN-in bu haqda jurnalistlərə bu gün bəyan edib.
“Xarici İşlər Nazirliyinin araşdırmalarına görə, bu ilin əvvəlindən 25 Rusiya vətəndaşının Azərbaycana getməsinə imtina edilib. XİN-in məlumatına görə, Bakıdakı hava limanında ruslar – susuz, qidasız, tibbi köməksiz saatlarla saxlanılaraq, daha sonra öz hesablarına geri qaytarılıb. Nazirliyin araşdırmasına görə, buna səbəb həmin vətəndaşların erməni ad, soyad və ata adına sahib olmalarıdır”.
“Rusiya XİN-də qeyd edilir ki, Moskva Bakıdan dəfələrlə “bu cür hiddətləndirici təcrübəyə son qoymağa, araşdırma aparmağa və vəzifəli şəxslərin lazımi qiymətləndirməsini” tələb edib. Azərbaycan XİN-in cavab notasında qeyd edilir ki, Azərbaycan bu cür müvafiq tədbirləri arzuolunmaz hadislərin qarşısını almaq üçün görür. Rusiya XİN həmçinin qeyd edir ki, bu cür cavab “qənaətbəxşedici deyil”.
Son zamanlar Ruisyadan Azərbaycana turist axınının sayı günbəgün artır. Buna baxmayaraq rusiyalı turistlər tərəfindən ölkəmizdə hansısa ciddi problemlər yaşanmayıb.
Dərc olunmuş məlumalara əsasən, Azərbaycan 2016-cı ildə Rusiyadan olan turistlər üçün ilk 10-luğa daxil olub. 2017-ci ildə isə bu sorğu 30% də artıb.
Bundan əlavə, iki onilliklər ərzində Rusiya hökuməti təsdiq edib ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda rus irsi heç vaxt sıxışdırılmayıb, əksinə həyat üçün bütün lazımi şərait yaradılıb.
Bu haqda cəmiyyət nümayəndələri də deyib:
“Ən bariz nümunə budur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir dənə də rus məktəbini bağlamayıb. Hazırda Azərbaycanda rus dili müəllimləri üçün kurslar təşkil edilir. Bir neçə gün öncə Bakı və Moskva məktəbləri arasında qardaşlaşma ilə bağlı tədbirlə keçirilib. Rus dili səfirlərinin işləri burada böyük maraqla qarşılanır”, - bu haqda Azərbaycan-Rusiya Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskaya deyib.
Həmçinin bu fikri Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda isə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bölüşüb.
“140 mindən çox şagird və tələbə Azərbaycanda rus dilində təhsil alır. 50-dən çox qəzet və 7 informasiya agentliyi rus dilində fəaliyyət göstərir”.
Həmçinin Azərbaycanda rus dilinə olan qayğıkeş münasibətlə bağlı Rusiya KİV-i də yazıb.
“Nezavisimaya qəzeta”nın materillarından birində qeyd olunur ki, hazırda Azərbaycanda 16 rus və 356 qarışıq məktəb var. Həmçinin respublikada bütün ali təhsil ocaqlarında rusdilli fakultələr var. Bütün bu fakultələrdə 16 mindən çox tələbə təhsil alır.
Bununla yanaşı, Azərbaycanda 120 mindən çox rus var. Onları Rusiya provaslav kilsəsi və rus icması birləşdirir.
İcmanın rəhbəri Mixail Zabelin bununla bağlı başda prezident İlham Əliyev olmaqla Azərbaycan hökumətinin qayğıkeş münasibətini vurğulayıb.
“Azərbaycanda rus dilinin, rus xalqının ənənələrinin saxlanılmasına dəstək göstərilir. Biz bunu yüksək qiymətləndiririk. Ölkədə tolerantlıq və multikulturalizmlə bağlı siyasət həyata keçirilir. Bu da əvvəllər xalqlar dostluğu olaraq adlandırılırdı”.
Zabelin digər müsahibəsində bir sıra məqamlara toxunur:
“Burada 365 rus məktəbi fəaliyyət göstərir. Demək olar ki, bütün rus məktəbləri qorunub saxlanıb. Belə ki, bir çoxları Azərbaycan bölməsinə keçiblər. Ölkəmizdə sırf 6 rus məktəbi var. Rus dilinin tərdirisi ilə bağlı hansısa problem yoxdur. Sadəcə olaraq postsovet məkanında unikal ali təhsil ocağı – Bakı Slavyan Universiteti var. Burada məktəblər üçün rus dili müəllimləri hazırlanır. Həmçinin Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə başlayıb. Həmçinin ötən il İ.M.Seçenov adına Moskva Tibb Universitetinin də filialı açılıb”.
Bütün bunlar Rusiya XİN-in bəyanatlarının təhrif etdiyinin sübutudur. Bu da ikitərəfli münasibələrə xələl gətirir. Belə ki, bu cür təxribatçı bəyanat dərc edilib.
Həmçinin bəyanatın anonimliyi də sual doğurur. Belə ki, RİA Novosti dərc etdiyi məqalədə müəllifin adını, tutduğu vəzifəni qeyd etmir.
Ümid edirik ki, Azərbaycan XİN bu məsələni cavabsız qoymayaraq bununla bağlı lazımi rəsmi açıqlama verəcək.
Rusiya vətəndaşlarının hava limanında saxlanılmasına gəlincə, hər bir dövlət öz ərazisinə girişi məhdudlaşdırma hüququna (həmçinin vizanın imtinasına) sahibdir. Bu da təbii olaraq təhlükəsizlik tədbirləri ilə əlaqədardır. Nadir “hadisələrin” sensasiyaya qədər şişirdilməsi, ölkəni rus vətəndaşlarına qarşı etnik ayrı-seçkilikdə ittiham etmək - sadəcə olaraq ikitərəfli münasibələrə xələl gətirəcək açıq-aşkar təxribatdır.
1news.az