Mübariz Əhmədoğlu: İvanov-Con formatı Dağlıq Qarabağ tənzimlənməsi üçün ən uğurlu formatdır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: İvanov-Con formatı Dağlıq Qarabağ tənzimlənməsi üçün ən uğurlu formatdır

10:37 - 26 / 07 / 2017
Mübariz Əhmədoğlu: İvanov-Con formatı Dağlıq Qarabağ tənzimlənməsi üçün ən uğurlu formatdır

Dünyada, eləcə də MDB məkanında münaqişələrin həllində bir sıra formatlardan istifadə olunur. Dağlıq Qarabağ tənzimlənməsinin ən böyük problemlərindən biri də orasındadır ki, beynəlxalq praktikada olan yeniliklər bu tənzimlənməyə tətbiq olunmayıb.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Dediklərinə misal olaraq ATƏT-in Minsk Qrupunun bir dəfə də olsun Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünə təşəbbüs göstərmədiyini bildirən politoloqun sözlərinə görə, İsrail-Fələstin, gürcü-abxaz, gürcü-osetin və Dnestryanı münaqişələrdə isə icmalararası dialoq çox geniş tətbiq olunub. O münaqişələrdən fərqli olaraq icmalararası dialoq məhz Dağlıq Qarabağ tənzimlənməsində real effekt verərdi:

“V.Surkov (RF prezidentinin köməkçisi)-V.Nuland (ABŞ  Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini) formatı da Ukraynanın şərqindəki münaqişənin həllində tətbiq olundu. Ukraynanın şərqindəki münaqişədə destruktiv qüvvə hələ çox güclüdür. Məhz V.Surkov-V.Nuland formatı hesabına neqativ qüvvələrin gücü azalır. Kremllə ABŞ Dövlət Departamenti arasında bu tipli format indi də aktuallığını itirməyib. Bütün bunları əsas götürərək Dağlıq Qarabağ tənzimlənməsi üçün də V.Surkov-V.Nuland formatına bənzər şərti olaraq İvanov-Con formatının tətbiqini çox faydalı hesab edirik”.

M.Əhmədoğlu İvanov-Con formatı üçün üç qrup əsaslandırmalarının olduğunu da söyləyib:

I. ATƏT MQ üç həmsədrdən ibarət olsa da, son illərdə Fransanın rolu görünmür. Bir qrup fransız deputatı və siyasətçisi Ermənistanın əlində alətə çevrilərək Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində səmərəli rol oynamasına imkan vermədi. Fransadakı 500 minlik erməni diasporu iki ölkə arasında mal dövriyyəsinin artırmaq və ya Ermənistanda fransız dilini inkişaf etdirmək əvəzinə Fransa prezidentinin Dağlıq Qarabağ tənzimlənməsi istiqamətindəki təşəbbüslərini heçə endirdilər, Fransada erməni terrorçularını adını əbədiləşdirlər.

Dağlıq Qarabağ tənzimlənməsində əsas rol Rusiyaya məxsus olsa da, Rusiyanın da müəyyən dairələri Ermənistanın təsiri altındadır. Amma Kreml ermənilərin təsirindən kənarda qala bilər.

ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsinə yanaşmasında çox mühüm yenilikləri var və ABŞ-ın lazimi aktivliyi fonunda bu yeni yanaşma müsbət effekt verəcəkdir. Əsas diqqəti Kreml və ABŞ Dövlət Departamenti formatına, başqa sözlə İvanov-Con formatına yönəltmək lazımdır. ATƏT MQ-ni buraxmadan da İvanov-Con formatını yaratmaq olar.

II. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün təhlükədir. Tənzimlənməmiş Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün hədsiz böyük təhlükədir. Bu münaqişə alovlanacaqsa, onu alovlandıranlar Rusiyanın itkiyə məruz qalmasına çalışacaqlar. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün bütün addımlardan istifadə olunmalıdır.

III. Ermənistan getdikcə zəifləyir. İŞİD-in sıradan çıxması fonunda bu zəifliyin yeni təhlükələri də var: Bəzi İŞİD-çilər Ermənistan dövlətinin pasportu ilə xarici ölkələrə keçə bilərlər. Bu bizim kəşfimiz deyil. Erməni mənşəli bütün kriminal avtoritetlər hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq Ermənistanın diplomatik pasportunun daşıyıcılarıdır. Bu isə artıq təkcə Ermənistan çərçivəsində olan məsələ deyil. Digər dövlətlər də zərər görə bilər.

V.Surkov-V.Nuland formatının sərhədyanı görüşü də aktuallaşdırdığını deyən M.Əhmədoğlu bildirib ki, İvanov-Con formatı da Azərbaycan-Ermənistan sərhədində Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə görüş təşkil edə bilər.

Babək Cahandarov

Paylaş:
783

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər