Azərbaycanın Almaniyadakı səfirinin “Business & Diplomacy” jurnalında məqaləsi dərc olunub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Almaniyadakı səfirinin “Business & Diplomacy” jurnalında məqaləsi dərc olunub - FOTO

21:52 - 27 / 07 / 2017
Azərbaycanın Almaniyadakı səfirinin “Business & Diplomacy” jurnalında məqaləsi dərc olunub - FOTO

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun “Business & Diplomacy” jurnalının növbəti sayında “Azərbaycan yolların kəsişməsində. Avrasiyada trans-regional əlaqəliliyin gücləndirilməsinin yeni aparıcı qüvvəsi və mühərriki” başlıqlı məqaləsi dərc olunub.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, məqalədə bildirilir ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının iştirakçısı və Cənubi Qafqaz regionunun Ümumi Daxili Məhsulunda 70%-dən çox paya sahib olan Azərbaycan qeyri-neft sektorunun inkişafı, regionlarının bərabər inkişafının təşviqi, iqtisadiyyatının diversifikasiyası və rəqabət qabiliyyətliliyinin artırılması, biznes mühitinin təkmilləşdirilməsi, ticarətin asanlaşdırılması sahəsindəki səylərini uğurla davam etdirir. Səfir vurğulayır ki, ölkəmiz “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf strategiyasını, o cümlədən milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritəsini uğurla həyata keçirir və bunun sayəsində daha şaxələndirilmiş, rəqabət qabiliyyətli və davamlı iqtisadiyyata keçidi təmin edir.

R.Həsənov qeyd edir ki, Azərbaycan özünün iqtisadi təhlükəsizliyinə töhfə verən bir sıra regional layihələrin təşəbbüskarı qismində çıxış edir. Hazırda nəqliyyat, enerji və informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən layihələr ölkənin davamlı və hərtərəfli inkişafına xidmət etməklə bərabər həm də regionun iqtisadi rifahına töhfə vermiş olur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Avrasiya Super İnformasiya Magistralı və Cənub Qaz Dəhlizi kimi strateji trans-regional layihələrin həyata keçirilməsi üzrə regionda aparıcı ölkədir.

Məqalədə bildirilir ki, Azərbaycan qlobal iqtisadiyyata səmərəli inteqrasiya etmək üçün nəqliyyat bağlantılarının inkişafına xüsusi əhəmiyyət verir. Vurğulanır ki, ölkəmiz özünün əlverişli geostrateji mövqeyi və güclü tranzit potensialı sayəsində Avropa və Asiyanı birləşdirən ən qısa və iqtisadi cəhətdən səmərəli marşrutun ərsəyə gəlməsi üçün münasib nəqliyyat imkanları təklif etməklə Avrasiya regionunda regionlararası və regiondaxili ticarətə töhfə verir. Qədim Tarixi İpək Yolunun yenidən bərpası ilə bağlı görülən işlər Avropa və Asiya arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsində mühüm rol oynayır.

Səfir məqalədə “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Bir Qurşaq, Bir Yol” və “Lapis Lazuli” kimi layihələrin iştirakçısı olan Azərbaycanın trans-regional nəqliyyat bağlantılarına verdiyi töhfələr, Pan-Avropa Nəqliyyat Dəhlizi və Trans-Asiya Nəqliyyat Şəbəkəsinin mühüm elementi olan, 2017-ci ilin payızında tam istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars layihəsinin Avrasiya boyu yük və sərnişin daşımalarındakı əhəmiyyəti, Avrasiyanın aparıcı ticarət və loqistik qovşağı olacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yükdaşınmasında oynayacağı rol barədə məlumat verir. O bildirir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sayəsində İpək Yolu boyu tranzit daşımaları daha etibarlı, davamlı və səmərəli olacaqdır.

Məqalədə qeyd edilir ki, Azərbaycanın ərazisindən dəmir və dəniz yolu vasitəsilə tranzit yüklərin asan axınının təmin edilməsi, həmçinin tranzit yük daşımaları sahəsində Azərbaycanın potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə 2015-ci ildə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Şuranın məqsədi dəmir yolu, avtomobil yolu və dəniz karqo nəqliyyatında vahid, səmərəli və şəffaf tarif siyasətinin hazırlanması, karqo daşımaları və sərhəd keçidinin təkmilləşdirilməsi və asanlaşdırılması, tranzit prosedurlarının sayının və vaxtının azaldılması, eləcə də ölkədən keçən nəqliyyat dəhlizlərinin təşviq olunmasından ibarətdir. Çin və Avropa arasında karqo axınlarının artırılması məqsədilə 2016-cı ildə Beynəlxalq Trans-Xəzər Nəqliyyat Konsorsiumu yaradılıb.

Həmçinin qeyd edilir ki, Hind Okeanının və Fars Körfəzinin Xəzər dənizi ilə nəqliyyat bağlantısının təmin edilməsi məqsədilə 2016-cı ildə Bakı şəhərində keçirilmiş Azərbaycan, Rusiya və İran Prezidentlərinin üçtərəfli sammiti regional nəqliyyat əməkdaşlığına yeni təkan verib.

Səfir Azərbaycanın BMT-nin Baş Assambleyası tərəfindən dəstəklənən Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin həyata keçirilməsi vasitəsilə regional informasiya-kommunikasiya texnologiyaları qovşağı kimi artan rolunu da qeyd edir, bu layihənin Avrasiya regionu boyunca geniş zolaqlı internet bağlantısının yaradılmasına, regional informasiya-kommunikasiya texnologiyalarının inkişafına və elektron ticarətin artımına xidmət edəcəyini bildirir. O vurğulayır ki, Trans-Avrasiya Super İnformasiya Magistralı istifadəyə verildikdən sonra Avropa və Asiyanın ən böyük internet mübadilə nöqtələrini birləşdirəcəkdir.

Məqalədə həmçinin bildirilir ki, regional enerji təhlükəsizliyi sahəsində əlaqəlilik Azərbaycanın gələcəyə baxışının təməl daşı olaraq qalmaqdadır və bu xüsusda, Şərq-Qərb enerji layihələri Azərbaycanın davamlı enerji siyasətinin tərkib hissəsidir. Səfir Cənub Qaz Dəhlizinin icrası barədə məlumat verir və bu layihənin regional enerji təhlükəsizliyinə töhfə verilməsi və yeni biznes imkanlarının yaradılması baxımından əhəmiyyətini vurğulayır.

Rəhim Həsənov deyib ki, Azərbaycan trans-regional nəqliyyat, enerji və informasiya-kommunikasiya texnologiyaları bağlantılarının gücləndirilməsi yolu ilə Avrasiya regionunun davamlı və əhatəli inkişafının artırılması naminə konstruktiv əməkdaşlığa və yeni iqtisadi perspektivlərin müzakirə edilməsinə hər zaman açıq və hazırdır.

1news.az

Paylaş:
944

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər