Bakıda ilk dəfə SHOESSTAR CASPIAN ayaqqabı və dəri malları beynəlxalq sərgisi baş tutacaq – FOTO

Sərgi 2017-ci ilin 23-25 sentyabr tarixlərində Azərbaycan, Bakı şəhəri, Bakı Ekspo Mərkəzi, Heydər Əliyev prospekti, 515 ünvanında keçiriləcək. Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının dəstəyi ilə keçirilir.
Yeni SHOESSTAR ayaqqabı və dəri malları beynəlxalq sərgisinin məqsədi – dünyanın 10 ölkəsindən, 30-dan çox əmtəə nişanı olan aparıcı istehsalçıları və distribütorları – ayaqqabı mağazalarını, pərakəndə satış sahiblərini və əmtəəşünasları “Yaz-yay 2018” mövsümündə böyüklər üçün yeni kolleksiyaları, uşaq ayaqqabıları və müxtəlif dəri aksesuarları ilə tanış etməkdir.
Azərbaycan, Gürcüstan və İranın bütün ayaqqabı sənayeçilərini bu sərgiyə dəvət edilir. Belə ki, həmin dövrdə Bakı 3 gün ərzində "Xəzərin" ayaqqabı nümayişinin vitrini olacaq! Bu mühüm hadisəni nəzərdən qaçırmaq olmaz.
Digər sərgilərdən fərqli olaraq, SHOESSTAR sərgi-təqdimatı bilavasitə Bakıda həyata keçirilir. Bu da ayaqqabı istehsalçıları və distribütorlarına Azərbaycan, Gürcüstan və İranın bu sahədə xüsusiyyətlərini nəzərə almaq, mağaza sahiblərinə isə – ölkəni tərk etmədən həm maliyyə, həm də vaxt xərclərini optimallaşdırmaq və ayaqqabı modasının ən yeni ideyaları ilə tanış olmaq imkanı verir. Beləliklə, SHOESSTAR ayaqqabı biznesinin inkişafı üçün bütün şəraiti yaradır.
SHOESSTAR sərgisində dünyanın 10-dan artıq ölkəsinin, o cümlədən Almaniya, Portuqaliya, İspaniya, İtaliya, Çin, Braziliya, Ukrayna, Özbəkistan və Rusiyanın aparıcı şirkətlərinin ayaqqabı, çanta və dəri məmulatlarına qulluq üçün vasitələr təqdim olunacaq.
SHOESSTAR sərgisinin iştirakçıları arasında qadın və kişi, rahat, klassik və ixtisaslaşdırılmış ayaqqabı istehsalçıları, eləcə də uşaq və yeniyetmə seqmenti təqdim olunub.
İştirakçılar arasında MARCO Tozzi, Tamaris, Caprice, ARA, JENNY, FLIORAJ, ROMIKA, INBLU, Vita, DE Arro, Özbəkistan dəri və ayaqqabı müəssisələri Birliyi “Uzbekçarmpoyabzali”, GLAMOUR, BEPPİ, XTI, CARMELLA, REFRESH, BASS D və s. tanınmış dünya markaları sizləri gözləyir.
Təşkilatçılar çalışır ki, bu sərgi yalnız istehsalçıların və alıcıların görüşmək və müqavilə bağlamaq üçün sadəcə bir işgüzar meydança olmasın. Sərgiyə ekspozisiyalardan əlavə işgüzar və əyləncə proqramı da daxildir.
Bu il sərginin proqramına daxildir:
- sərginin ilk günündə Azərbaycan və Gürcüstan moda dizaynerlərinin ayaqqabı yeniliklərinin rəngarəng defilesi;
-“ PLM” gömrük şirkətinin direktoru Lyudmila Popovanın aparacılığı ilə “Azərbaycan ərazisinə xarici malların idxalı və ixracı qaydaları! Necə düzgün etmək və bununla artıq ödəməmək!” mövzusunda təlim-seminar.
Azərbaycan, Gürcüstan və İranın bütün ayaqqabı alıcılarını sərgiyə dəvət olunur!
Daha ətraflı məlumatı (+994 50) 764-91-63 nömrəsinə zəng etməklə və ya www.shoesstar.ru saytına daxil olmaqla əldə edə bilərsiniz.
Reklam hüququnda