Giorgi Kvirikaşvili: Gürcüstanda yanğının söndürülməsi üçün ilk vacib yardımı Azərbaycan etdi | 1news.az | Xəbərlər
Siyasət

Giorgi Kvirikaşvili: Gürcüstanda yanğının söndürülməsi üçün ilk vacib yardımı Azərbaycan etdi

17:45 - 22 / 08 / 2017
Giorgi Kvirikaşvili: Gürcüstanda yanğının söndürülməsi üçün ilk vacib yardımı Azərbaycan etdi

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ölkə ərazisində davam edən meşə yanğınlarının söndürülməsinə qonşu dövlətlərin, xüsusilə Azərbaycanın göstərdiyi yardımı yüksək qiymətləndirib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bununla bağlı xüsusi bəyanatla çıxış edən Baş nazir Gürcüstana ilk vacib köməyin Azərbaycandan gəldiyini bildirib. O vurğulayıb ki, Azərbaycandan gələn helikopter yanğının söndürülməsində iştirak edir.

Türkiyədən gələn iki helikopter artıq Batumidədir, tezliklə onlar da yanğının söndürülməsi əməliyyatına başlayacaq.

Xatırladaq ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də başlayıb. Külək yanğının tam söndürülməsini çətinləşdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Mövzu ilə əlaqədar oxuyun:

Gürcü hökuməti İlham Əliyevə təşəkkür edib

FHN meşə yanğınlarını söndürmək üçün Gürcüstana helikopter göndərib

S.Xankişiyeva

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər