Törətdiyi cinayəti gizlətmək üçün polisi aldatmaq istədi | 1news.az | Xəbərlər
Cəmiyyət

Törətdiyi cinayəti gizlətmək üçün polisi aldatmaq istədi

18:37 - 22 / 08 / 2017
Törətdiyi cinayəti gizlətmək üçün polisi aldatmaq istədi

Qohumunun evini soyaraq polisi aldatmaq istəyən şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, avqustun 21-də Bakı şəhər sakini Bayram Mövludov Binəqədi RPİ 5-ci PB-yə zəng edib rayonun S.Bəhlulzadə küçəsindəki evdə olarkən oraya gəlmiş 2 nəfər naməlum şəxs tərəfindən döyülməsini və 20 min manat dəyərində qızıl əşyaların aparılması barədə məlumat verib.

Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə qeyd edilən evin B.Mövludovun qohumuna məxsus olması, cari ilin 6 ayı ərzində Bayramın həmin evdən qızıl əşyalar oğurlayıb qızıl mağazasına sataraq 31305 manat pul əldə etməsi və törətdiyi hadisəni gizlətmək üçün polisə yalan məlumat verməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə B.Mövludov tutulub.

Babək Cahandarov

Paylaş:
623

Son xəbərlər

Bütün xəbərlər