Gürcü hökuməti İlham Əliyevə təşəkkür edib
Gürcüstan hökuməti meşə yanğınlarının söndürülməsi üçün iki helikopter göndərən Azərbaycan hökumətinə, xüsuslə də ölkə prezidenti İlham Əliyevə təşəkkür edib.
1news.az-ın Qruziya onlayn-a istinadla verdiyi xəbərə görə, Daba kəndi yaxınlığında yerləşən meşə sahəsində avqustun 20-dən bəri başlayan yanğın məhdudlaşdırılıb.
Ümumilikdə yanğın beş hektardan çox meşə sahəsini məhv edib. Güclü külək və çətin relyef səbəbindən yanğını tam söndürmək mümkün olmayıb.
“Azərbaycanın hava qüvvələri tezliklə Gürcüstan sərhəddini keçərək DİN-in sərhəd polislərinin vertalyotları ilə birgə yanğının söndürülməsində iştirak edəcək”, - deyə Gürcüstan DİN-in məlumatında qeyd edilib.
Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, yanğınla bağlı cinayət içi açılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
Mövzu ilə əlaqədar oxuyun:
FHN meşə yanğınlarını söndürmək üçün Gürcüstana helikopter göndərib
S.Xankişiyeva