1news.az-ın ardınca Azərbaycanın Rusiyadakı Səfirliyi “Nezavisimaya qazeta”nın qərəzli yazısına münasibət bildirib
Məlum olduğu kimi, ötən həftə Rusiyanın “Nezavisimaya qazeta” nəşrində “Qərb Azərbaycanın İŞİD ilə mübarizəsinə etimadsızlıq göstərir” başlıqlı məqalə dərc edilib.
1news.az İnformasiya Agentliyinin ardınca, Azərbaycanın Rusiyadakı Səfirliyi təxribat xarakterli materiala öz münasibətini bildirib.
Belə ki, “Nezavisimaya qazeta” nəşri Azərbaycan Diplomatik Nümayəndəliyinin bəyanatı ilə yanaşı, həmçinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adıçəkilən redaksiyanın baş direktoru və baş redaktoru Konstantin Remçukova ünvanladığı məktubu da dərc edib.
Həmin bəyanat və məktubu diqqətinizə çatdırırıq:
“Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin bəyanatı.
“Nezavisimaya qazeta” nəşrinin baş direktoru və baş redaktoru cənab K.V.Remçukova
Hörmətli Konstantin Vadimoviç!
“Nezavisimaya qazeta” nəşrinin 16 avqust 2017-ci il tarixində Artiur Priymakın müəllifliyi ilə “Qərb Azərbaycanın İŞİD ilə mübarizəsinə etimadsızlıq göstərir” başlıqlı məqaləsi dərc edilib.
Təəssüflə qeyd etməliyəm ki, məqalə açıq-aydın qərəzli xarakter daşıyır. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında etimad və sabitlik ab-havasının gücləndirilməsi maraqlarına, iki ölkənin birlikdə dini ekstremizmin yeni təzahürləri ilə mübarizə aparmaq üçün həyata keçirdiyi addımlara heç uyğun deyil. "Nezavisimaya qazeta"da bu cür məqalənin nəşr olunması müəllifin Azərbaycana qarşı təbliğat aparan qüvvələri ilə həmrəy olduğuna dair fikir formalaşdırır.
Vəziyyətlə əlaqədar olaraq və Rusiya Federasiyasının “Kütləvi informasiya vasitələri haqqında” qanununun 43 və 46-cı bəndlərini nəzərə alaraq hörmətli Konstantin Vadimoviçdən, xahiş edirik ki, təcili olaraq məsələyə baxılması üçün Azərbaycan tərəfinin qəzetin növbəti saylarında öz mövqeyini təqdim etməyə şərait yaradılsın.
Hörmətlə və anlaşılma ümidilə
Fövqəladə və səlahiyyətli səfir Polad Bülbüloğlu
***
“Nezavisimaya qazeta” nəşrinin 16 avqust 2017-ci il tarixində Artur Priymakın müəllifliyi ilə “Qərb Azərbaycanın İŞİD ilə mübarizəsinə etimadsızlıq göstərir” başlıqlı məqaləsi dərc edilib.
Materialla gözəyarı tanış olduqda belə məntiqin pozulasına və bununla da bir sıra sulların yaranmasına şahid oluruq.
Belə ki, müəllif nəzər yetirməyib və ya qəsdən Azərbaycan və Rusiya dini ekstremizm və terrorçuluğa qarşı mübarizə sahəsində fəal əməkdaşlıq etdiyini diqqətə almayıb. Belə ki, rəsmi Bakının ardıcıl şəkildə dini ekstremizm ilə mübarizə aparır və bu istiqamətdə effektiv mübarizəni tənzimləyən qanunverici bazanın təkmilləşdirilməsi buna sübutdur.
Azərbaycan bütün platformalarda beynəlxalq terrorizmlə mübarizə üzrə istənilən təşəbbüsləri dəstəkləyir. Həm ikitərəfli, həm də çoxtərəfli formatda rusiyalı tərəfdaşlarla olduqca effektiv əməkdaşlıq sistemi yaradılıb. Bu əməkdaşlıq çərçivəsində terror təhdidləri və onlarda əli olan şəxslər barəsində yenilənən məlumatlar daim mübadilə edilir. Azərbaycan daim döyüş zonalarına radikal elementlərin keçməsinin qarşısını almaq üçün tərəfdaşlarına, o cümlədən qonşu ölkələrə məlumat verir. Bu isə daim beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Lakin müəllif yazdığı qərəzli materilı ilə Rusiya-Azərbaycan ikitərəfli münasibətlərini, eləcə də hər iki ölkənin hüquq-mühafizə orqanlarının İlqar Mollaçıyevin zərərsizləşdirilməsilə ilə bağlı birgə əməliyyatını şübhə altına salır.
Qərəzli müəllif ya anlamır, ya da qəsdən susuz – belə ki, terror fəaliyyətində şübhəli bilinənlərin (Azərbaycan Respublikası vətəndaşlarının) üçüncü ölkədən verilməsi və ya deportasiya edilməsi təhlükəsizlik oqranlarının məlumat mübadiləsi hesabına həyata keçirilir. Öz növbəsində də Azərbaycan tərəfi bu istiqamətdə görülən işləri qonşu dövlətlərdən heç də pis yetrinə yetirmir.
Azərbaycan vətəndaşlarının transmilli terrorizm şəbəkəsinə cəlb edilməsi faktı ölkə rəhbərliyinin heç də bu cür mənfi təzahürlərə yol verilməsi kimi iddia etməyə səbəb deyil. Hərçənd məhz bu, A.Priymakın materialının leytmotivini təşkil edir. Lakin müəllif nədənsə “izah etmə” məntiqini məhz Azərbaycana uyğun olaraq təqdim edir.
Müəllifin şübhəli mənbələrdən əldə etdiyi məlumatlar həqiqətə uyğun deyil və Azərbaycandakı azsaylı xalqların ünvanına təxribat xarakter daşıyır. Belə ki, müəllif regionun şimal-qərb bölgəsini, eləcə də yerli ləzgi, avar və saxurların sələfi və vəhhabi kimi, bütün Sumqayıt şəhərini isə - “cihadçılar paytaxtı” adlandırıb.
Müəllif bütün ölkədə ayrı-seçkilik edərək bununla da ölkə haqda rus cəmiyyətində öz təəssüratlarını yaymağa çalışır. Belə iftiralar istər Azərbaycanda, istərsə də Azərbaycanın Rusiyadakı diasporasında ciddi reaksiyalar yaradır.
Təəccübləndirici faktlardan biri də 2016-cı ilin sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) konstitusiyaya qəbul edilmiş dəyişiklikləri və təhlükəsizlik və xüsusi xidmət orqanlarında yenidənqurma işlərini siyasi klanlarla mübarizə kimi təqdim edilir. Məlum olduğu kimi, Konstitusiyaya 29 maddədə dəyişikliklik edilib. Milli Təhlikəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yardılıb.
Lakin müəllif bütün bu faktları nəzərə alaraq cüzi də olsa analiz etmək üçün özünə əziyyət verməyib. Nəticədə də A.Priymakın ekspert keyfiyyətlərinə, xüsusilə də Azərbaycana qarşı münasibətinə şübhə ilə yanaşılması üçün ciddi səbəblər yaranıb.
Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyinin mətbuat xidməti”.