İçməli su ilə təminatı yaxşılaşdırılacaq yaşayış məntəqələrinin YENİ SİYAHISI | 1news.az | Xəbərlər
Rəsmi

İçməli su ilə təminatı yaxşılaşdırılacaq yaşayış məntəqələrinin YENİ SİYAHISI

17:50 - 23 / 08 / 2017
İçməli su ilə təminatı yaxşılaşdırılacaq yaşayış məntəqələrinin YENİ SİYAHISI

Prezident İlham Əliyev “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə  sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 442) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “22” rəqəmləri “28” rəqəmləri ilə, “267” rəqəmləri “271” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Sərəncamın əlavəsi olan “İçməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı” yeni redaksiyada verilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

S.Xankişiyeva

Paylaş:
717

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

10 / 09 / 2025, 12:19
Bütün xəbərlər