Prezident “ASAN xidmət”lə bağlı yeni fərman imzaladı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident “ASAN xidmət”lə bağlı yeni fərman imzaladı

18:53 - 23 / 08 / 2017
Prezident “ASAN xidmət”lə bağlı yeni fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 572-dən 640-a çatdırılıb.

1news.az

Paylaş:
871

Son xəbərlər

Bütün xəbərlər