Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü həbs edilib

14:20 - 24 / 08 / 2017
Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü həbs edilib

Gəncə şəhər polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutulub.

Gəncə şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsindən 1news.az-a verilən məlumata görə, avqustun 15-də sаат 06:00 radələrində naməlum şəxs idarə etdiyi VAZ-21060 markalı 61-BD-570 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Göygöl yolunun Gülüstan qəsəbəsi ərazisində yolu keçən piyada, qəsəbə sakini Qocayev Rahib Əsədulla oğlunu vurub bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan Göygöl rayonu, Toğana kənd sakini 1956-cı il təvəllüdlü Verdiyev Sahib Hüseyn oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində Gəncə şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Babək Cahandarov

Paylaş:
533

Son xəbərlər

İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıbBu gün, 09:58Sumqayıtda bəzi ərazilərin elektrik enerjisi təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:55Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlanırBu gün, 09:50Nyu-York birjasında təbii qaz bahalaşıbBu gün, 09:47Bəzi bölgələrdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 09:32Gimnastımız Portuqaliyada qızıl medal qazanıbBu gün, 09:27Bu gün üç rayonda qazın təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:18AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:14Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHIBu gün, 08:58Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 407 / 07 / 2024, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47
Bütün xəbərlər