Milli Məclisin deputatı Astanada beynəlxalq konfransda iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin deputatı Astanada beynəlxalq konfransda iştirak edəcək

20:23 - 24 / 08 / 2017
Milli Məclisin deputatı Astanada beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev avqustun 25-də Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, səfər çərçivəsində deputat “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda keçiriləcək elm və ümumdünya məsələləri üzrə 62-ci Paqouş konfransında iştirak edəcək.

Azay Quliyev nüvə silahının yayılmaması, beynəlxalq terrorizmlə mübarizədə ATƏT PA-nın həyata keçirdiyi işlər haqqında konfrans iştirakçılarına məlumat verəcək. Həmçinin bu istiqamətdə digər beynəlxalq qurumlarla gələcək əməkdaşlıq haqqında təkliflərini səsləndirəcək. Səfər çərçivəsində Azay Quliyevin Qazaxıstan Respublikasının Parlament Senatının sədri Kasımjomart Tokaev və digər rəsmilərlə görüşləri də nəzərdə tutulub.

Səfər avqustun 30-da başa çatacaq.

1news.az

Paylaş:
728

Son xəbərlər

Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15
Bütün xəbərlər