Nazirlik rəsmisi: müəllimliyə namizədlərdən bəziləri 20 Yanvar faciəsindən xəbərsizdirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik rəsmisi: müəllimliyə namizədlərdən bəziləri 20 Yanvar faciəsindən xəbərsizdirlər

12:31 - 25 / 08 / 2017
Nazirlik rəsmisi: müəllimliyə namizədlərdən bəziləri 20 Yanvar faciəsindən xəbərsizdirlər

Sabah ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatacaq.

1news.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu mərhələdə müəllimlərin psixoloji durumu, ümumi dünyagörüşü, praktik, metodik bilikləri yoxlanılır.

Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndərilib.

Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər.

Məlumata görə, avqust ayının 21-dən başlayan müsahibə mərhələsinə 5225 nəfər buraxılıb. Bu günədək 3000-dən çox  namizəd müsahibədən keçib.

Komissiya üzvlərindən biri, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib ki, müsahibə mərhələsinə gələn bəzi namizədlərin nəzəri biliyi ilə praktik bacarığı uyğun gəlmir:

“Ola bilər ki, şablon suallara cavabları əzbərləyib gəlir, müsahibədə fikrini ifadə edə bilmir. Ən dəhşətlisi isə odur ki, Azərbaycanın müstəqillik tarixinə biganə namizədlərə rast gəldik. Məsələn, 20 Yanvar faciəsindən xəbərsizdirlər. 6-7 namizəd hesab edirdi ki, bu hadisələri ermənilər işğal məqsədilə törədib. Bir neçə gün ərzində bayrağın rənglərinin mənasını bilməyən, işğal altındakı rayonların sayından bixəbər olan kifayət qədər namizəd qeydə alınıb”.

Komissiyalardan birinin üzvü, Təhsil Nazirliyinin Ümumtəhsil sektorunun müdiri Firudun Həmzəyev isə qeyd edib ki, namizədlərin ümumi səviyyəsindən onların hazırlıqlı olduqları hiss edilir:

“Proqram materialları, ixtisasla bağlı və metodiki keyfiyyəti müəyyənləşdirən suallara cavablarından öz üzərilərində işlədikləri görünür. Ancaq əzbərçiliyə yol verdikləri, yaddaş biliyinə əsaslandıqları özünü büruzə verir. Aralarında 10-15 il, hətta məzun olandan müəllim işləməyənlər çoxdur və bu, müsahibə mərhələsində aydın nəzərə çarpırdı. Düşünürəm ki, elələri üçün məktəbdə şagirdlərlə ünsiyyət qurmaq o qədər asan olmayacaq. Namizədin əvvəllər əldə etdiyi bir neçə illik təcrübə müsahibə zamanı dərhal özünü göstərir. Namizədlər nə qədər hazırlaşsalar da, praktik biliyin azlığı, hətta olmaması müsahibə mərhələsində nəzərə çarpır”.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə dörd mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

Babək Cahandarov

Paylaş:
719

Son xəbərlər

Ceyhun Bayramov: Sülh müqaviləsinin müzakirəsi üzrə açıq sualların sayı xeyli azalıbBu gün, 11:50İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib - FƏRMANBu gün, 11:41Yeni Günəşlidə avtomobil hissələri oğurlanıb, şübhəli bilinən 5 yeniyetmə saxlanılıbBu gün, 11:36“The Ritz-Carlton”, Bakı “The Signature Journey” layihəsini “Blanc by Aytems” restoranından şef Ayt Ems ilə davam etdirir - FOTOBu gün, 11:35Dövlət Başçısı Dövlət Neft Fondunun 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyibBu gün, 11:26AZAL QSC informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürübBu gün, 11:06“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edirBu gün, 11:04Beyləqanda süpürgəçini maşın vuraraq öldürübBu gün, 10:58Qızıl və gümüş ucuzlaşıbBu gün, 10:45Taxıl zəmilərinin 73 faizində biçin başa çatıbBu gün, 10:43Bu il uşağın anadan olmasına görə təyin olunan müavinətin sayı açıqlandıBu gün, 10:28FHN əməkdaşları 10 nəfəri xilas etdiBu gün, 10:20İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıbBu gün, 09:58Sumqayıtda bəzi ərazilərin elektrik enerjisi təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:55Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlanırBu gün, 09:50Nyu-York birjasında təbii qaz bahalaşıbBu gün, 09:47Bəzi bölgələrdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 09:32Gimnastımız Portuqaliyada qızıl medal qazanıbBu gün, 09:27Bu gün üç rayonda qazın təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:18AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:14
Bütün xəbərlər