Gürcüstanın baş naziri azərbaycanlı yanğınsöndürənlərlə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstanın baş naziri azərbaycanlı yanğınsöndürənlərlə görüşüb – FOTO

15:13 - 26 / 08 / 2017
Gürcüstanın baş naziri azərbaycanlı yanğınsöndürənlərlə görüşüb – FOTO

Prezident İlham Əliyevin tapşırığına əsasən, Gürcüstanın Borjomi-Xaraqulsk qoruğundakı meşə yanğınlarının söndürülməsinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Aviasiya dəstəsinin müvafiq yanğınsöndürmə texnika və şəxsi heyətindən ibarət yanğınsöndürmə-xilasetmə dəstəsi onlara həvalə olunmuş ərazilərdəki yanğın ocaqlarının söndürülməsini uğurla davam etdirir.

1news.az-ın FHN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Gürcüstan hökuməti azərbaycanlı yanğınsöndürənlərin və xilasedicilərin mürəkkəb relyefə malik ərazilərdəki yanğınların söndürülməsində göstərdikləri fədakarlığı müsbət qiymətləndirir. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Borjomi-Xaraqulsk qoruğunda yanğınların söndürülməsində iştirak edən FHN-in yanğınsöndürmə-xilasetmə dəstəsinin şəxsi heyəti ilə görüşüb. Baş nazir fəlakətlə mübarizədə Gürcüstana göstərdiyi köməyə görə Azərbaycan Prezidentinə, hökumətinə və xalqına minnətdarlığını bildirib.

Görüşdə FHN-in heyətinə təşəkkür edən Giorgi Kvirikaşvili Azərbaycanın Gürcüstandakı təbii fəlakət zonasına helikopter göndərən ilk dövlət olduğunu və bunu yüksək qiymətləndirdiklərini ifadə edib.

Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-in 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfərlik canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfərlik heyəti cəlb edilib.

Babək Cahandarov

Paylaş:
723

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər