Silah anbarında partlayışla əlaqədar hadisə yerinə 10 təcili yardım briqadası göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Silah anbarında partlayışla əlaqədar hadisə yerinə 10 təcili yardım briqadası göndərilib

12:34 - 27 / 08 / 2017
Silah anbarında partlayışla əlaqədar hadisə yerinə 10 təcili yardım briqadası göndərilib

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

1news.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.

Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.

Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər