Beyləqanda maşın beton dirəyə çırpılıb: ölənlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda maşın beton dirəyə çırpılıb: ölənlər var

10:43 - 28 / 08 / 2017
Beyləqanda maşın beton dirəyə çırpılıb: ölənlər var

Beyləqan rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan şəhərində “Hyundai” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal yanğınsöndürən xilasedicilər hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1986-ci il təvəllüdlü Talibov Elşad Tapdıq oğlunun və 1 nəfər sərnişin 1994-cü il təvəllüdlü Mahmudov Hikmət İlham oğlunun cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Babək Cahandarov

Paylaş:
829

Son xəbərlər

Bütün xəbərlər