Həmkəndlisini güllələyib intihar etmək istədi | 1news.az | Xəbərlər
Cəmiyyət

Həmkəndlisini güllələyib intihar etmək istədi

20:42 - 04 / 10 / 2017
Həmkəndlisini güllələyib intihar etmək istədi

Xaşmaz rayonunda həmkəndlilər arasında yaranan münaqişə xoşagəlməz sonluqla bitib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 3-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində kənd sakini 60 yaşlı Gülbala Məmmədseyidov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi 61 yaşlı Abdulağa Mehrəliyevə xəsarət yetirib.

O sonra “VAZ-21011” markalı avtomobili ilə özünə məxsus bağ sahəsinə gedib, orada avtomobili yandırıb və tüfəngdən açdığı atəşlə özünə də xəsarət yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.

Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən “İJ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
600

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər