Xaçmazda 4 otaqlı ev yanıb
Xaçmazda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən 1news.az-q verilən məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 160 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 110 m2 sahədə və dam örtüyü 90 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
1news.az
597