Avtomobildə 320 ədəd fişəng aşkar edilib
Gürcüstandan ölkəmizə qanunsuz yolla xeyli miqdarda fişəngin keçirilməsinin qarşısı alınıb.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “BMW-520” markalı avtomobilə gömrük baxışı keçirilib.
Yoxlama zamanı, avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerində 320 ədəd “Sterminator” adlı fişəng aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Babək Cahandarov
350