Muzey əməkdaşları Misir Mədəniyyət Mərkəzində | 1news.az | Xəbərlər
Cəmiyyət

Muzey əməkdaşları Misir Mədəniyyət Mərkəzində

13:23 - 12 / 10 / 2017
Muzey əməkdaşları Misir Mədəniyyət Mərkəzində

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar.

Mərkəzdən 1news.az-a verilən məlumata görə, qarşılıqlı əməkdaşlıq və tanışlıq məqsədi daşıyan görüşdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Misir Azərbaycan dostluq əlaqələrindən, rəhbərlik etdiyi qurumun yaranma tarixi, fəaliyyəti, iki ölkə arasında mədəni əlaqələrin genişlənməsi üçün aparılan işlər barədə məlumat verib.

Azərbaycan Musiqi Mədəniyyəti  Dövlət Muzeyinin direktoru Alla Bayramova dəvət üçün Mərkəz rəhbərinə öz təşəkkürünü bildirərək, muzeyin əsas məqsədi və vəzifəsinin Azərbaycan musiqi tarixi ilə bağlı məlumatların toplanması, saxlanılması və araşdırılması olduğunu vurğulayıb.

Bundan başqa, 2017-ci il “İslam Həmrəylik İli” çərçivəsində muzeydə İslam ölkələrinin musiqi alətlərindən ibarət sərginin keçiriməsində göstərdiyi köməyə görə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydiyə öz təşəkkürünü bildirdi.

Söhbət zamanı qurumlar arasında əməkdaşlıq məsələləri və bir sıra təkliflər müzakirə olunub.

P.Sultanova

Paylaş:
489

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər