Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək
Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq, oktyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci il tarixdə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.
1news.az-ın “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə isrinadən verdiyi xəbərə görə, sərnişinlər Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə məlumatı www.ady.az saytından əldə edə bilərlər.
2017-ci il üçün Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının (07.01.2017-ci il tarixdə təsdiq olunmuş) hərəkət cədvəli:
Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.
Babək Cahandarov