Xızıda 28 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda 28 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb

10:35 - 23 / 10 / 2017
Xızıda 28 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar keçirdiyi əmliyyatla bağlı yeni məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, oktyabrın 22-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Məşədi Həsən kəndi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 28 ədəd partlamamış hərbi sursat (PHS), 20 ədəd partlamış-yanmış mərmi qalıqları və 548 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 317 100 kv.m (31.71 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 50 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 13 153 ədəd partlamamış hərbi sursat (PHS), 5 431 ədəd partlamış-yanmış sursat qalıqları və 46 336 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 49 354 608 kv.m (4 935 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Babək Cahandarov

Paylaş:
836

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər