Beynəlxalq axtarışda olan şəxs tutularaq Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan şəxs İnterpol xətti ilə Rusiyanın Amur vilayətində saxlanılaraq Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib.
1news.az xəbər verir ki, bu barədə vilayətin DİN İdarəsi məlumat yayıb.
"Azərbaycanın hüquq-mühafizə orqanlarından alınan məlumata görə, axtarışda olan şəxs dələduzluq etməkdə, yəni etibardan sui-istifadə etməklə özgə əmlakını mənimsəməkdə şübhəli bilinirdi. Axtarışın təşəbbüskarı şübhəlinin həbs edilməsi və sonradan ekstradisiya olunması məqsədilə Azərbaycan tərəfi çıxış edib”, - məlumatda deyilir.
Azərbaycan vətəndaşı olduğu bildirilən şübhəli şəxs Svobodnı rayonunda həyata keçirilmiş əməliyyat nəticəsində saxlanılıb.
Saxlanılan şəxs ekstradisiya qaydasında Azərbaycana gətirilərək aidiyyəti dövlət qurumlarına təhvil verilib.











