Qadın əri tərəfindən bıçaqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qadın əri tərəfindən bıçaqlanıb

1news Redaksiyası15:27 - Bu gün
Qadın əri tərəfindən bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1966-cı il təvəllüdlü X.Məmmədli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, X.Məmmədlini həyat yoldaşı 1965-ci il təvəllüdlü A.Məmmədov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədovun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
163

Son xəbərlər

Bütün xəbərlər