Köməksiz qalan 7 aylıq körpə xilas olunub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Köməksiz qalan 7 aylıq körpə xilas olunub - VİDEO

1news Redaksiyası15:42 - Bu gün
Köməksiz qalan 7 aylıq körpə xilas olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Tovuz şəhəri, Xəqani Şirvani küçəsində yerləşən yaşayış binasında körpənin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 7 aylıq körpəni valideynlərinə təhvil veriblər.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər