Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Azərbaycana gəlir | 1news.az | Xəbərlər
Siyasət

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Azərbaycana gəlir

13:41 - 22 / 11 / 2017
Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Azərbaycana gəlir

Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Azərbaycana səfərə gələcək.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər noyabrın 24-dək davam edəcək.

1news.az  

 

Paylaş:
727

Son xəbərlər

Bütün xəbərlər