XİN Edvard Nalbandyana cavab verdi | 1news.az | Xəbərlər
Siyasət

XİN Edvard Nalbandyana cavab verdi

16:22 - 22 / 11 / 2017
XİN Edvard Nalbandyana cavab verdi

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Rusiya xarici işlər naziri Serqey Lavrovla keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanatı na münasibət bildirib.

H.Hacıyev 1news.az-a bildirib ki, göründüyü kimi, Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabrda Cenevrədə keçirilmiş görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən danışıqların substantiv və intensiv şəkildə aparılması Ermənistan tərəfini ciddi şəkildə narahat edir. Daim danışıqları imitasiya edən və texniki-köməkçi məsələlərlə diqqəti əsas hədəfdən yayındırmağa çalışan E.Nalbandyan yenə də müxtəlif bəhanələr və yalanlara əl atmaq yolunu tutub.

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik missiyasından danışdığı halda, həmsədrlərin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə münasibətdə “dəvəquşu siyasəti”ni davam etdirir:

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il tarixli sənədə görə həmsədrlər öz fəaliyyətlərində BMT TŞ-nın müvafiq qətnamələrini, ATƏT Budapeşt sammitinin qərarlarını, Helsinki Yekun Aktını əsas götürməlidirlər. BMT TŞ-nın müvafiq qətnamələrinin tələblərini görməməzliyə vurmaq Minsk Qrupunun həmsədrlərin mandatını inkar etmək deməkdir.  

1994-cü il Budapeşt sammitində üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş sənəddə isə deyilir: “Onlar (ATƏT üzv ölkələrinin dövlət və hökumət başçıları, o cümlədən ABŞ, Fransa və Rusiya) BMT TŞ-nın müvafiq qətnamələrinə öhdəliklərini təsdiq edərək tərəfləri intensiv substantiv danışıqlara;....silahlı münaqişənin dayandırılması üçün siyasi sazişin bağlanması məqsədilə sürətli şəkildə danışıqların davam etdirilməsinə çağırdılar ”.

BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822(1993), 853(1993), 874(1993) və 884(1993)  qətnamələri beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququn müvafiq prinsipləri əsasında münaqişənin həlli üzrə siyasi prosesin əsasını təşkil edən hüquqi çərçivəni müəyyən edib.  

Qətnamələr Azərbaycan ərazilərinin işğalını pisləyib, güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir. Heç bir dövlətə BMT TŞ-nın qətnamələrini təhrif etmək və ya onların rolunu aşağı salmağa səlahiyyət verilməyib.

Həmçinin, 874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası tərəfindən ATƏT-in Minsk Qrupu tərəfindən təqdim olunan “TŞ-nın 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli” adlı sənəd alqışlanılır və təqdir olunur. BMT TŞ-nın 853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə və konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur.

BMT Baş katibinin 31 oktyabr 1994-cü il tarixli, SG/SM/5469 nömrəli açıqlamasında isə aydın şəkildə bildirilir: “BMT-nin mövqeyi dörd prinsipə əsaslanır ki, bunlar da BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələrində qeyd olunub. 1-ci prinsip Azərbaycanın ərazi bütövlüydür. 2-ci prinsip beynəlxalq sərhədlərin toxunulmazlığıdır. 3-cü prinsip ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzlidir. 4-cü prinsip Azərbaycanın işğal olunmuş ərazilərindən bütün xarici qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasıdır”. 

Ermənistan indiyə qədər bu tələbləri yerinə yetirmir. Həmsədr ölkələrin dövlət başçılarının Helsinki Yekun Aktı əsasında hazırlanmış Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarının da mahiyyəti Ermənistan xarici işlər naziri tərəfindən təhrif olunur. ATƏT-in ABŞ-dan olan həmsədrinin bu ilin avqustunda digər həmsədr ölkələrlə razılaşdırılmış şəkildə bu bəyanatlar əsasında münaqişənin həlli prinsipləri açıqlanan zaman Ermənistan xarici işlər nazirinin etirazı və biri digərini inkar edən bəyanatlar verməsi hamının yaxşı yadındadır.  

Azərbaycan BMT TŞ-nın qətnamələri, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan real faktlarla çıxış edir. Ermənistanın istəyindən asılı olmayaraq, beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin tezliklə həll olunması və regionda davamlı sülhün təmin olunması üçün danışıqlar bu əsasda aparılır.  

Ermənistan tərəfi reallığı anlamalı və “dəvəquşu siyasəti”nə son qoymalıdır.  Hamı bilməlidir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edəcəkdir. 

P.Sultanova 

Paylaş:
545

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər