Ramiz Mehdiyev Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib | 1news.az | Xəbərlər
Siyasət

Ramiz Mehdiyev Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib

17:56 - 22 / 11 / 2017
Ramiz Mehdiyev Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev noyabrın 22-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdə MDB məkanında radikal dini cərəyanların yayılmasının qarşısının alınması məsələləri, habelə Əfqanıstan İslam Respublikasında vəziyyət və Orta Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri müzakirə edilib, beynəlxalq terrorçuluğa qarşı mübarizənin bəzi aspektləri ilə bağlı məruzələr dinlənilib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Çıxışda dini radikalizmin, ekstremizmin və terrorçuluğun qarşısının alınması sahəsində Azərbaycan Respublikasının müsbət təcrübəsi, o cümlədən müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, ölkəmizin hüquq mühafizə orqanları və xüsusi xidmətlərinin səmərəli fəaliyyəti barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və katibin müavini Rəşid Nurqaliyev, habelə Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Aparatı ilə 2018-2019-cu illər üçün Əməkdaşlıq Planı imzalanıb.

S.Xankişiyeva

 

Paylaş:
485

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər