Mariya Zaxarova Qarabağ münaqişəsinin nizamlanmasına dair “Putin Planı”nın mövcudluğu barədə xəbərləri şərh edib | 1news.az | Xəbərlər
Siyasət

Mariya Zaxarova Qarabağ münaqişəsinin nizamlanmasına dair “Putin Planı”nın mövcudluğu barədə xəbərləri şərh edib

19:49 - 23 / 11 / 2017
Mariya Zaxarova Qarabağ münaqişəsinin nizamlanmasına dair “Putin Planı”nın mövcudluğu barədə xəbərləri şərh edib

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair “Putin Planı”nın mövcudluğu barədə xəbərləri şərh edib.

1news.az APA-ya istinadən xəbər verir ki, M. Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib ki, onlar hər zaman hər kəsə xəbərlərə yaradıcı münasibətlə yanaşı, eyni zamanda ilkin mənbəyə istinad etməyi məsləhət görürlər.

“Bu mövzu dəfələrlə şərh olunub. Biz bu səfərləri də dəfələrlə şərh etmişik və bu suallara birmənalı cavab vermişik. Biz həmişə qoyulan suallara xırda təfərrüatlarına qədər konkret cavab veririk. Bəzən müəlliflərin təxəyyülünü dayandırmaq mümkün olmur. Lakin heç olmasa nəzakət xatirinə bu yazılarda Rusiyanın olduqca aydın və dəqiq olan rəsmi mövqeyini qeyd etmək lazımdır”, - deyə o bildirib.

Jurnalistlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son iki həftədə Moskva, Bakı və İrəvanda keçirilən danışıqların yekunlarını şərh etmək barədə xahişinə cavab olaraq M. Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı xüsusi diplomatik aktivlik qısa müddət ərzində baş verməyib: “Bu, daimi işin nəticəsidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya üçün prioritet olaraq qalır. Çünki bu məsələnin bizə dost olan iki ölkəyə, iki xalqa aidiyyəti var. Biz onlarla münasibətləri inkişaf etdiririk və çox istəyirik ki, bu problemli məsələ nəhayət ki, həll olunsun”.

1news.az

Paylaş:
714

Son xəbərlər

Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:42
Bütün xəbərlər