Gürcüstanda matəm elan olundu | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda matəm elan olundu

19:48 - 25 / 11 / 2017
Gürcüstanda matəm elan olundu

Noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin qərarında deyilir.

Həmin gün Gürcüstan hökuməti xalqla birlikdə Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində ölənlərin xatirəsini yad edəcək. Matəm günü bütün Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, bir gün əvvəl Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

S.Xankişiyeva

 

Paylaş:
801

Son xəbərlər

Bütün xəbərlər