Prezident Qani: Azərbaycan sülhməramlılarının Əfqanıstanın təhlükəsizliyinə töhfəsini yüksək qiymətləndiririk | 1news.az | Xəbərlər
Siyasət

Prezident Qani: Azərbaycan sülhməramlılarının Əfqanıstanın təhlükəsizliyinə töhfəsini yüksək qiymətləndiririk

10:45 - 01 / 12 / 2017
Prezident Qani: Azərbaycan sülhməramlılarının Əfqanıstanın təhlükəsizliyinə töhfəsini yüksək qiymətləndiririk

 Azərbaycan sülhməramlılarının Əfqanıstanın təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndiririk.

1news.az xəbər verir ki, bunu Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın cəsur əsgərləri Əfqanıstanda sülh missiyasına böyük töhfə verib.

Prezident Qani, həmçinin “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə dəstək verən ölkələrin rəhbərlərinə və xalqlarına minnətdarlığını bildirdi. Dövlət başçısı Əfqanıstanın terrorizmlə mübarizə sahəsində gördüyü işlərə, ölkənin inkişafı istiqamətində atılan addımlara toxundu. Bildirdi ki, terrorizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir. Təəssüf ki, bəzi ölkələr terrorizmə dəstək verirlər. Terrorizmə qarşı mübarizə həm də regionda olan problemlərin həllinə töhfə verir.

Azərbaycanın iqtisadi inkişafını, ümumi daxili məhsulun artmasını, davamlı islahatların həyata keçirilməsini yüksək dəyərləndirən Əfqanıstan lideri  bildirib ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə Şimal-Cənub dəhlizinin açılması istiqamətində görülən işləri yüksək qiymətləndiririk:

“Bu, "Lyapis Lazur" nəqliyyat xəttinə qoşulmaq imkanı yaradır, regional və qlobal səviyyədə bağlantılara xidmət edir. Azərbaycan əsgərləri bizim təhlükəsizliyimizə töhfə verir və biz Azərbaycan prezidentinin müdafiə sahəsində dəstəyin artırılmasına dair bəyanatını alqışlayırıq.

Azərbaycanda ÜDM-in 5,3 faizdən 2017-ci ilə qədər 5 qat artması sabitlik və firavanlığın təmin olunmasında əsas şərtdir. Siz bizə texniki yardımın ən yaxşı formasını təklif edirsiniz. İnvestisiyaların qarşılıqlı müdafiəsi və digər sahələrdə sazişlərin imzalanmasını səbirsizliklə gözləyirəm".

1news.az

 

Paylaş:
611

Son xəbərlər

Bütün xəbərlər