İDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib

Dekabrın 23-də İDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
İDEA İctimai Təşkilatı və Klassik Yoqa Məktəbi tərəfindən təşkil olunmuş tədbirdə qonaqlar Xatxa-yoqa dərsində olub, yoqa və düzgün qidalanma haqqında xeyli maraqlı məlumatlar əldə edib, vegeterian mətbəxinin nümunələrindən dadıb, eləcə də mərkəzdə saxlanılan heyvanlara tanış olublar.
Dərs və söhbətləri beynəlxalq diplom və Yoqa Şiromani tituluna malik Elçin Quliyev keçirib. E.Quliyev 2002 ildən yoqa ilə məşğuldur. O, 2009-cu ildə Polşadakı Şivananda Yoqa Mərkəzində təlim keçib.
S.Xankişiyeva