Rəhman Hacıyev: Gəncədə polisləri deyil, bizləri “bıçaqladılar” | 1news.az | Xəbərlər
Siyasət

Rəhman Hacıyev: Gəncədə polisləri deyil, bizləri “bıçaqladılar”

11:44 - 12 / 07 / 2018
Rəhman Hacıyev: Gəncədə polisləri deyil, bizləri “bıçaqladılar”

Məlum olduğu kimi, Gəncədə radikal dindarların iştirakı ilə aksiya keçirildi. Və qanunsuz aksiya zamanı iki polis işçisi qətlə yetirildi.

Yüksəkçinli polis işçilərinin öldürməsində şübhəli bilinən şəxslərdən biri daha əvvəllər – qəsdən adamöldürmə və oğurluq cinayəti üzrə məhlkumluq həyatı yayaşıb.

Lakin bu, problemin bir hissəsidir.

Baş verən hadisələrin ən ciddi məqamı isə bir çoxlarının  bu cinayətə haqq qazandırması, Gəncə merinin iş üsulundan narazılıq olması ilə bağlamalarındadır. Bütün bunlar cəfəngiyyatdır. Məmur pis və ya yaxşı da olar bilər. O, bizə xoş və naxoş da gələ bilər. Axı nə vaxtdan bəri sivil cəmiyyətdə problemlər silah və ya bıçaq gücünə həll olunur?!

Bu gün merin iş fəaliyyəti xoşlarına gəlmir, onu vururlar. Polisin işini bəyənmirlər, onu bıçaqlayırlar. Belə çıxır ki, sabah hansısa qızın şortik geyinməsi xoşlarına gəlməzsə, onu odda yandıracaqlar?!

Təhlükəsizliyin təminatı istənilən problemin qanun yolu ilə həllindədir. Bu da müasir dövlətçiliyi ibtidai icma dövründən fərqləndirən vacib məqamdır. İbtidai insanlar bütün problemləri dəyənəklə həll ediblər.

Müasir dövlətdə vətəndaşlar – ictimai statusundan asılı olmayaraq, heç kəsin zorakılığa  və zor tətbiq etməyə haqqı yoxdur.

Hüquq-mühafizə orqanlarının əlində olan video və məlumatlara nəzər saldıqda nümayişçilərin “Allahu Əkbər!” söyləməsi sadə məsələ deyil. Belə ki, İslamın aqressiv məqsədlə istifadəsi yolverilməzdir, düzgün də deyil.  Bununla bağlı ziyalılar dəfələrlə fikir bildirib. Lakin buna baxmayaraq, İslam savadsız kütlənin idarə olunması üçün alət kimi istifadə olunur.

İŞİD, Taliban, Hizbullah – kimi qruplaşmalar bunun bariz nümunəsidir. Onlar adi insanlara alət kimi baxaraq, öz çirkin məqsədlərinə nail olmağa çalışırlar.

Bəzən insanlar kor-koranə öz liderlərinə qulaq asaraq, uçurama getdiklərini belə nəzərə almırlar.  

Dövlət qulluqçusunun öldürülməsi – bu, məmurlara deyil, bütün ölkəyə yönəldilmiş çağırışdır.

Əgər problemlərin həllini qanunun aliliyilə deyil, başqa cür həll etməyə razılaşsaq, o zaman 90-cı illərin əvvəlinə qayıtmalı olacağıq. Həmin zamanlarda bütün problemlər bir neçə insanda olan “Kalaşnikovlarla” həll olunurdu. Həmin insanlar sizi yolun ortasında maşından çölə atardı, kimsəyə şikayət də edə bilməzdiniz.

Digər variant isə daha ağırdır – nümunə üçün, Suriya və ya Liviyadakı ssenarilər. Qan çanağına dönmüş bu dövlətlərdə vəziyyət o həddə çatıb ki, başdan-ayağa silaha bürünmüş saxta “dindarlarla” bacara bilmirlər.

Həyat çətin də ola bilər. Lakin həyat təhlükəsiz olanda, daha dözülməz olur.

Başdan-ayağa silaha bürünmüş “qoçular” olan ölkəyə turistlər getmir, o ölkənin iqtisadiyyatına sərmayə yatırırılmır.

Belə ölkələrdə əmlakınızın dəyəri sıfıra bərabərdir. Uşaqların bu cür şəraitdə məktəbə getməsi dəhşətli məqamdır.

Burada mənfilərlə dolu siyahını uzaqmaq da olar.

Qısacası,  bu məsələ ilə bağlı fikrim çox sadədir – Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı, demokratik və dünyəvilik beşiyi olan Gəncədə polisi deyil, bizi “bıçaqladılar”.

Bizim təhklükəsizliyimizə, dünyəvi dövlətimizə əl qaldırlar.

Əlbəttə ki, ölkə başçısı məsələnin bütün detallarını araşdrımasını apararaq, ölkənin ikinci ən böyük şəhərində bu hadisənin baş verməsinin əsas səbəbini aydınlaşdıracaq. Və müvafiq tədbirlər görüləcək.

Lakin məni narahat edən məqam başqadır – cəmiyyətimizdə qanunazidd hərəkətlərin nəticələrini anlamayan insanlardadır.

Əminəm ki, dövlət son hadisələrlə bağlı müvafiq tədbirlər görəcək və cinayətkarlar layiqli cəzasını alacaq. Cinayət varsa, cəzası da olmalıdır.

Bu, hər kəsin ağlına gələni etdiyi, heç kəsin təhlükəsizliyinin təminatı olmadığı normal dövlətin anormal dövlətdən fərqidir.

Rəhman Hacıyev

1news.az-ın baş redaktoru

Tərcümə: S.Xankişiyeva

 

Gəncə hadisələrində şübhəli bilinən Fərrux Xəqani oğlu Qasımov və Rəşad Məmmədəli oğlu Böyükkişiyev.

Əli Həsənov: Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər ən ciddi şəkildə cəzalandırılacaqlar

Gəncədə qeyri-qanuni aksiya dağıdıldı

Təhlükəsizlik orqanları Gəncə hadisələrində şübhəli bilinən 2 nəfəri axtarır – FOTO

Gəncədə iğtişaş zamanı polis polkovnik-leytenantı və polis zabiti şəhid olub

 

Paylaş:
1450

Son xəbərlər

Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”Bu gün, 12:42Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir11 / 05 / 2024, 18:05İntensiv yağışlar səbəbindən Qəbələdəki Nohur gölündə suyun səviyyəsi artıb - FOTO - VİDEO11 / 05 / 2024, 17:55Azərbaycanda zəlzələ olub11 / 05 / 2024, 17:34Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib11 / 05 / 2024, 17:17İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir11 / 05 / 2024, 16:54Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 311 / 05 / 2024, 16:38Güclü külək əsəcək, yağəş yağacaq - XƏBƏRDARLIQ11 / 05 / 2024, 16:30ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil11 / 05 / 2024, 16:14Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir11 / 05 / 2024, 15:54ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir11 / 05 / 2024, 15:41Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir11 / 05 / 2024, 15:27Bakıda mənzildə meyit tapılıb11 / 05 / 2024, 15:16Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir - Prezident11 / 05 / 2024, 15:04DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib11 / 05 / 2024, 15:00Prezident: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir11 / 05 / 2024, 14:58Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək11 / 05 / 2024, 14:44Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar11 / 05 / 2024, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıb11 / 05 / 2024, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilib11 / 05 / 2024, 13:42
Bütün xəbərlər