Dəmirov İsmayılovu öldürməsinin səbəbini açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəmirov İsmayılovu öldürməsinin səbəbini açıqlayıb

12:36 - 21 / 09 / 2018
Dəmirov İsmayılovu öldürməsinin səbəbini açıqlayıb

Azərbaycan Daxili İşlər Nazirliyinin sabiq polkovniki Gözəl Dəmirov Ədalət Partiyasının sədri, sabiq ədliyyə naziri İlyas İsmayılovun oğlu Etimad İsmayılovu öldürməsinin səbəbini açıqlayıb.

1news.az-ın Unikal.org-a istinadla verdiyi xəbərə görə, Gözəl Dəmirov polisə ilkin ifadəsində bildirib ki, Etimad İsmayılovla aralarında borc üstündə mübahisə olub.

G.Dəmirov Etimad İsmayılovdan iş görmək üçün bir müddət əvvəl 1 milyon dollar borc alıb. Etimad İsmayılov Gözəl Dəmirovdan sözügedən vəsaiti qaytarmağı tələb edib və bunun müqabilində aralarında mübahisə yaranıb. Mübahisə sonda razılaşma ilə bitib. Belə ki, Gözəl Dəmirov 19 sentyabr axşam saatlarında onunla görüşüb, borcun müəyyən miqdarını qaytaracağına söz verib.

G.Dəmirov söz verdiyi pulu qaytara bilməyəcəyini bildiyi üçün üzərində silah götürüb və onun ofisinə gəlib. Dəmirov qorxub ki, E.İsmayılov pulu ala bilməyəcəyi təqdirdə onu güllələyə bilər.

G.Dəmirov nəhayət sürücüsü ilə fikirləşdiyi kimi cinayəti törədib. Belə ki, o, sürücüsü ilə E.İsmayılovun ofisinə gələrək ona söz verdiyi pulu gətirmədiyini deyib. Bu zaman aralarında yenidən mübahisə yaranıb. Mübahisə sonda E.İsmayılovun güllələnməsi ilə bitib.

“Elə bil dünya yıxılıb altında qalmışam” - Sevil Nuriyeva

Sevil Nuriyevanın ərini öldürənlər tutuldular - VİDEO - YENİLƏNİB

S.Xankişiyeva

 

 

Paylaş:
1031

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər