Başqa qadınla tutdu, benzin töküb yandırdı - Tovuzda dəhşət | 1news.az | Xəbərlər
Cəmiyyət

Başqa qadınla tutdu, benzin töküb yandırdı - Tovuzda dəhşət

11:27 - 04 / 10 / 2018
Başqa qadınla tutdu, benzin töküb  yandırdı - Tovuzda dəhşət

Tovuzda dəhşətli hadisə baş verib.

1news.az xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlunun üstünə benzin töküb od vurublar.

Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni E.Ələkbərovun qaynı Ələkbərov Vüqar İman oğlu törədib.

Belə ki, oktyabrın 4-də gecə saat 1 radələrində V.Ələkbərov E. Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu görüb. Nəticədə qayın və kürəkən arasında münaqişə başlayıb. Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.

E.Ələkbərov qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.

Hazırda hadisəni törədən V.Ələkbərovun saxlanılması istiqamətində axtarış tədbirlərinə başlanılıb.

1news.az

Paylaş:
2402

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər