Lənkərandan Bakıya gələn mikroavtobus aşdı: yaralılar var – ADLAR

Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb.
1news.az-ın məlumatına görə, hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb.
Hadisə nəticəsində xəsarət alan 5 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həmin şəxslər - 1970-ci il təvəllüdlü Quliyeva Vəsilə Gülağa qızı, 1961-ci il təvəllüdlü Fərziyev Möhtərəm Əliheydər qızı, 1966-cı il təvəllüdlü Zəkiyrev Hüseynağa Xəzər oğlu, 2004-cü il təvəllüdlü Kazımov Davud İxtiyar oğlu və 1965-ci il təvəllüdlü Salayeva Qəmər Davud qızıdır.
Yaralıların vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.
Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonunda Lənkərandan Bakıya gələn sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək aşıb.
1news.az