Yeni fırıldaqçılıq növü: kişi özünü maşının altına atır – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni fırıldaqçılıq növü: kişi özünü maşının altına atır – VİDEO

12:21 - 11 / 10 / 2018
Yeni fırıldaqçılıq növü: kişi özünü maşının altına atır – VİDEO

Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində maraqlı hadisə baş verib.

1news.az-ın verdiyi xəbərə görə, redaksiyamıza daxil olan kadrlardan da aydın görünür ki, Hyundai IX 35 maşının sürücüsü avtomobili asta-asta arxaya hərəkət etdirir.

Bu vaxt yoldan ötən bir nəfər özünü maşının altına atır. Bundan sonra səkiyə düşərək özünü elə aparır ki, guya maşın onu vurub və o, ciddi zədələnib.

Yoldan köçənlər fırıldaqçının bu hərəkətinə inanaraq ona yardım etməyə gəlirlər. Bu cür saxtakarlığın başlıca məqsədi sürücüdən pul qoparmaqdır.

“Hadisə ofisimizin qarşısında baş verib. Hamımız qorxduq. Bu adam fırldaqçıdır. Onu çoxları tanıyıb. Gördü ki, fırıldaqçılığı baş tutumadı ayağa qalxaraq üstünü çırpdı və getdi”, - bunu 1news.az-a həmin vaxt avtomobildə olan qadın söyləyib.

Video-müşhişidə kameralarından saxtakarı ifşa etmək mümükün olub.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1754

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər