“Forbes” Sofiyanın ASAN səfərindən yazdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Forbes” Sofiyanın ASAN səfərindən yazdı - FOTO

12:34 - 28 / 10 / 2018
“Forbes” Sofiyanın ASAN səfərindən yazdı - FOTO

Dünyanın məşhur “Forbes” internet  jurnalında Paul Armstrongun müəllifliyi ilə “Dünyada ilk dəfə viza alan AI (Artificial Intelligence – Süni intellekt) Humanoid Sophia Prezidentlə danışır” başlıqlı yazı dərc olunub. Yazı saytın manşetinə çıxarılıb və facebook səhifəsində paylaşılıb.

Qeyd olunub ki, Qafqaza səfəri çərçivəsində Sofiya robotu ağıllı texnologiyaların tətbiqi ilə Bakının Beynəlxalq Hava Limanında 2 dəqiqə ərzində viza əldə edib. Səfərin və Sofiya üçün üçün vizanın təmin edilməsi  BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi “ASAN xidmət” tərəfindən elektron hökumət xidmətləri vasitəsi  ilə təmin edilib. 

Diqqətə çatdırılıb ki, hər bir şəxs “ASAN xidmət” mərkəzlərində doğum, ölüm, nikah və ya boşanma sənədləşmələri, pasport, sürücülük vəsiqəsi yeniləmə, hüquqi şəxslərin qeydiyyatı, pulsuz hüquqi məsləhətləşmə, tibbi, tərcümə və başqa bir sıra xidmətlərdən yararlana bilər. Hanson Robotics Sofiyanın qlobal səfərlərinin növbəti dayanacağının Azərbaycan ola biləcəyini açıqladığı zaman “ASAN xidmət” bu fürsəti dəyərləndirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Sofiyanın ASAN üçün mükəmməl bir vəhdət olduğunu vurğulayıb. Elektronluğun onun yaradılışının əsası olduğu və ASAN olaraq xidmətlərin elektron formada da təqdim edildiyi bildirilib.

Məqsədi süni intellektin insanlar üçün müsbətyönümlü bir güc olmasını və təhdid olmamasını təmin etmək olan Avropa təşkilatı “Good Technology Collective”-in Cənubi Afrikalı mühəndisi Travis Skot elektron xidmətlərin göstərilməsinə Dövlət Agentliyinin rəhbərlik etməsinin qeyri-adi bir hal olduğunu, lakin dövlətlər üçün bu inkişafın daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Elektron və kiber texnologiyaların əksəriyyətinin hökumətdə deyil, özəl sektorda özünə yer tapdığını, buna görə də ASAN-ı bir dövlət təşkilatı olaraq bu sahədə fərqləndiyinə görə alqışladığını vurğulayıb.

Beynəlxalq miqyasda humanoidə viza verərək tanınan “ASAN xidmət”in daha bir addım atdığı, “ASAN həyat” kompleksinin açılışı zamanı Sofiyanın Azərbaycan Respublikasının Prezidenti ilə söhbətini təşkil etdiyi vurğulanıb.

Prezidentlə görüşü zamanı Sofiya onun suallarını cavablandırıb və bir neçə mesajını bölüşüb.  İşləmə prinsipi əsasında Sofiya daxilindəki kamera vasitəsi ilə qarşısındakının üz ifadələrini oxuya və nə vaxt cavab verə biləcəyini qərarlaşdıra bilir.

Audrey Hepburnə iltifatən Hanson Robotics şirkəti tərəfindən yaradılan Sofiya robotu Prezidentlə söhbəti zamanı Bakı Beynəlxalq Havalimanında ASAN viza aldığını bildirib və Bakı memarlığı haqqındakı düşüncələrini bölüşüb.

Sofiya, həmçinin ASAN təşəbbüsünü dəstəklədiyini və yüksək qiymətləndirdiyini bildirib. “Bura (ASAN kompleksinin açılışında Prezidentə xitabən) ziyarətiniz elektron idarəetmə və innovasiya ekosisteminə xüsusi diqqətinizi göstərir".

Səfərin əsasən iki məqam ilə yadda qaldığı qeyd olunub. ASAN-ın vətəndaşların həyatını asanlaşdırmaq üçün elektron və kiber texnologiyalardan istifadə etdiyi və Hanson Roboticsin süni intellektinin yalnız ona verilən vəzifələrlə (məsələn təmizlik işləri kimi) kifayətlənməyəcəyini, həmçinin insanlarla sərbəst ünsiyyətdə ola bilmək kimi bacarıqlarının da olduğu diqqətə çatdırılıb.

Dünya mediası üzrə ən çox oxunan yazıları bir araya toplayan və ABŞ-da oxunma sayına görə ilk onluqda yer alan “Drudge Report” aqrerat saytı “Forbes” internet  jurnalının müvafiq xəbərini öz siyahısına əlavə edib  və məqaləyə keçid linki verib.

https://www.forbes.com/sites/paularmstrongtech/2018/10/27/ai-humanoid-sophia-is-granted-first-ever-robot-visa-speaks-with-president/#6a706b21f398

https://www.drudgereport.com/

Paylaş:
590

Son xəbərlər

Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - FOTOBu gün, 10:38Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27
Bütün xəbərlər