Bakıda sahibsiz itlər işgəncə ilə öldürüldü - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sahibsiz itlər işgəncə ilə öldürüldü - VİDEO

10:48 - 31 / 10 / 2018
Bakıda sahibsiz itlər işgəncə ilə öldürüldü - VİDEO

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi nəzarət altında sterilizasiya  edilmiş, yəni quduzluğa qarşı peyvənd olunmuş, sahibsiz itlər naməlum şəxslər tərəfindən güllələnib.

1news.az Xəzər TV-yə istinadən məlumat verir ki, itlərin işgəncə ilə öldürüldüyü iddia edilir. 

Sakinlər deyir ki, həmin heyvanlar ətraf üçün heç bir təhlükə yaratmırdılar.

Qeyd edilir ki, öldürülən itləri maşına yığıb aparıblar. İki it isə yaralı vəziyyətdə ağacın altında qalıb.

Sahibsiz heyvanların xilası və qorunması işi ilə məşğul olan Yelena Simokina adlı şəxs isə qəsəbədə öldürülən itləri götürərək IDEA heyvanlara qayğı mərkəzinə üz tutub.

Faktla bağlı polisə müraciət olunacaq.

oxu.az

Paylaş:
2473

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər