BDU-dakı vəziyyətlə bağlı açıqlama – YENİLƏNİB

Bakı Dövlət Universitetində yoxlamaların aparılması və giriş-çıxışın bağlanması xəbərinə rəsmi cavab verilib.
1news.az-ın verdiyi xəbərə görə, universitetin mətbuat katibi Pərvanə İbrahimova “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib:
“Bir sıra saytlarda universitetin giriş-çıxışının bağlanması, qapıların möhürlənməsi və yoxlamaların aparılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda universitetdə hər şey qaydasında davam edir”.
Qeyd edək ki, BDU-nun rektoru Abel Məhərrəmov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən çıxarılıb.
Yayılan məlumatda vurğulanıb ki, yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.
10.54
Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində yoxlamalar başlayıb.
1news.az-ın Yenicag.az-a istinadla verdiyi xəbərə görə, ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib.
Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir.
Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.
S.Xankişiyeva